ELM VƏ TƏHSİL


“Milli Azərbaycan Tarixi Muzeyi–2018” toplusu çapdan çıxıb

Bakı, 13 fevral , AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin 2018-ci ilə aid məqalələr toplusu çapdan çıxıb.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, “Milli Azərbaycan Tarixi Muzeyi – 2018” toplusunun təsisçisi və baş redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Muzeyin Elmi Şurasının qərarı ilə nəşr edilən toplu “Muzey kolleksiyasının materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi”, “Tarix”, “Arxeologiya”, “Etnoqrafiya, sənətşünaslıq, muzeyşünaslıq”, “Millət atası Hacı Zeynalabdin Tağıyev”, “Resenziya” bölmələrindən ibarətdir.

Nəşrdə muzey əməkdaşlarının və müxtəlif elm müəssisələri alimlərinin Azərbaycan və rus dillərində elmi məqalələri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.