ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyində rəsm müsabiqə-sərgisi: Könlüm keçir Qarabağdan

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 18-19-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Könlüm keçir Qarabağdan” I respublika rəsm sərgi-müsabiqəsi keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə 8-17 yaş arası iştirakçıların 44 günlük Vətən müharibəsini əks etdirən 80-ə yaxın rəsm əsəri nümayiş olunacaq. Üç nominasiyada qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, sərgi-müsabiqəsinin məqsədi gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması, hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir. Eyni zamanda, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.