MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyində “Pəncərədən düşən işıq” adlı şeir və musiqi gecəsi keçiriləcək

Bakı, 24 may, AZƏRTAC

Mayın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində “Pəncərə” klubunun təqdimatında “Pəncərədən düşən işıq” adlı şeir və musiqi gecəsi keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan və dünya poeziyasından seçmələr oxunacaq.

Gecədə, eyni zamanda pianoçular, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Nərgiz Əliyarova və BMA-nın dosenti Elnarə Kəbirlinskaya Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar ifa edəcəklər.

Tədbirin əsas qayəsi gənc nəsildə mütaliəyə və klassik musiqiyə həvəs oyatmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.