MƏDƏNİYYƏT


Milli Kitabxana “20 Yanvar – Qan yaddaşımız” adlı elektron məlumat bazası hazırlayıb

Bakı, 18 yanvar, AZƏRTAC

Qanlı Yanvar hadisələrindən 32 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

20 Yanvar faciəsinin 32-ci ildönümü ərəfəsində Milli Kitabxananın əməkdaşları tərəfindən “20 Yanvar – Qan yaddaşımız” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həm hüzn, həm də qürur günümüz”, “Görkəmli şəxslər 20 Yanvar haqqında”, “20 Yanvar faciəsi şahidlərin dili ilə...”, “20 Yanvar şəhidləri – Siyahı”, “Kitablar”, “20 Yanvar faciəsi bədii ədəbiyyatda”, “Məqalələr”, “Filmoqrafiya”, “20 Yanvar şəhidlərinin əbədi xatirəsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/20_yanvar/index.html linkindən istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.