MƏDƏNİYYƏT
Milli Kitabxana “Milli Mətbuat-145” adlı virtual sərgi açıb
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə “Milli Mətbuat-145” adlı virtual sərgi təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan milli mətbuatının inkişafına dair rəsmi sənədlər, Milli Kitabxananın arxiv fondunda mühafizə olunan mətbuat tariximizin misilsiz bir hissəsini təşkil edən dövri-mətbuat nümunələri, mətbuat və jurnalistikamızın inkişafı tarixini əks etdirən kitab və məqalələrin elektron resursları yer alır. Milli mətbuatımızın keçib gəldiyi tarixi yolu əks etdirən resurslar tam mətnləri ilə verilib. “Milli Mətbuat-145” sərgisi ilə http://anl.az/el/vsb/22_iyul/index.html linki vasitəsilə tanış olmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:02]
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]