MƏDƏNİYYƏT


Milli Kitabxanada “Abbas Səhhət - 145” adlı sərgi açılıb

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Milli Kitabxanada Azərbaycan romantik ədəbiyyatı cərəyanının nümayəndəsi, şair, tərcüməçi, maarif xadimi Abbas Səhhətin anadan olmasının 145 illiyi münasibətilə “Abbas Səhhət - 145” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərcümələri, tərtib etdiyi və redaktoru olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.