MƏDƏNİYYƏT


Milli Kitabxanada Cəlil Məmmədquluzadəyə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 19-da Milli Kitabxanada Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Eyni zamanda, “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabının və “Cəlil Məmmədquluzadə-150” elektron məlumat bazasının təqdimatı olacaq.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, TÜRKSOY, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşacaq.

Beynəlxalq Elmi-Praktik Konfrans çərçivəsində Cəlil Məmmədquluzadənin məzarı və ev-muzeyi ziyarət olunacaq.

İki gün davam edəcək tədbirlərdə Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistandan dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçıları, müvafiq ölkələrin səfirləri, eyni zamanda, Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.