MƏDƏNİYYƏT


Milli Kitabxanada “Rasim Əfəndiyev-90” və “Əli Əmirli-70” adlı kitab sərgisi açılıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan sənətşünaslıq elminə layiqli töhfələr vermiş görkəmli tədqiqatçı, alim, akademik Rasim Əfəndiyevin 90 illiyinə həsr edilmiş “Rasim Əfəndiyev-90” adlı sərgi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə dünya muzeylərində və kolleksiyalarında qorunub saxlanan sənət abidələrimizin aşkara çıxarılmasında böyük xidmətləri olan akademikin Azərbaycanın maddi mədəniyyəti və xalq sənətinin müxtəlif sahələrinə həsr etdiyi Azərbaycan və rus dillərində olan əsərləri, “Ön söz” yazdığı, tərtibçisi və redaktoru olduğu, haqqında yazılan kitablar, qəzet-jurnal materialları nümayiş olunur.

Eyni zamanda, Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, dramaturq, ssenarist Əli Əmirovun anadan olmasının 70 illiyi münasibətilə “Əli Əmirli-70” adlı sərgisi də açılıb.

Ziyarətçilər bir həftə davam edəcək sərgilərdə yazıçının müəllifi olduğu kitablar, redaktoru olduğu, “Ön söz” yazdığı və haqqında yazılmış əsərlər, eləcə də dövri mətbuat materialları ilə tanış ola biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.