Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Milli Kitabxanada “Xocalı soyqırımı – 29” adlı videokonfrans təşkil olunub

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – 29” adlı videokonfrans və Əliağa Cəfərovun Türkiyədə nəşr edilmiş “Katliam” adlı kitabının onlayn təqdimatı keçirilib.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, onlayn konfransa respublikanın 60-a yaxın Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və bir sıra respublika kitabxanası qatılıb.

Onlayn videokonfransda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində qazanılan tarixi Qələbə münasibətilə konfrans iştirakçılarını təbrik edib. O qeyd edib ki, 3 dekabr tarixində işğaldan azad olunmuş bölgələrin 10 MKS rəhbərləri ilə keçirilən onlayn konfransda kitabxana direktorlarının müraciətlərinə əsasən, Milli Kitabxana İFLA-ya həmin kitabxanaların hazırkı vəziyyəti barədə müraciət göndərib, həmin müraciətdə 975 kitabxanamızın binalarının tamamilə dağıdılaraq yerlə yeksan olunması, onların 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondlarının yandırılması faktı əks olunub.

İFLA prezidenti xanım Kristin Makenzinin cavab məktubunu iştirakçıların diqqətinə çatdıran direktor qeyd edib ki, İFLA qərəzli şəkildə kitabxanalara, onların fondlarına, işçilərinə və istifadəçilərinə dəyən bütün zərərləri qınayır. Kitabxanaların və onların işçilərinin fəaliyyəti nəinki indiki dövrdə əhəmiyyətlidir, eyni zamanda gələcək nəsillərin də mövcud materiallardan istifadə etmələrini və öyrənə bilmələrini təmin edir. Kərim Tahirov bildirib ki, Xocalı soyqırımı XX əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biridir. Soyqırımı hadisəsi dünyanın bir çox yerlərində baş verib. Lakin öz qəddarlığına görə Xocalı faciəsi digərlərindən fərqlənir. O qeyd edib ki, 613 dinc sakin bir gecənin içində öldürülüb. Kərim Tahirov vurğulayıb ki, Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, Milli Kitabxana tərəfindən “Xocalı soyqırımı 29” (http://anl.az/down/Xocali_29.pdf) adlı metodik vəsait, “Xocalı soyqırımı – 29” (http://anl.az/down/Xocali.29.pdf) adlı daycest də hazırlanaraq virtual rejimdə təqdim olunub. Daha sonra o, Əliağa Cəfərovun 4 hissədən ibarət “Qırğın” adlı kitabının qardaş Türkiyədə “Katliam Hocalıda, kanlı gece” adı ilə kütləvi tirajla çap olunmasını Azərbaycan həqiqətlərini, xüsusilə erməni vandallarının Xocalı şəhərində vəhşiliklə törətdikləri soyqırımı haqqında dəqiq faktları türkdilli oxuculara çatdırmaqda mühüm rol oynadığını qeyd edib.

Onlayn konfransın davamında Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Milli Kitabxana hər ildönümü ərəfəsində əyani tədbirlər, geniş kitab sərgiləri, eləcə də kitab təqdimatları keçirir, bu il isə bütün bu tədbirləri mövcud vəziyyətlə əlaqədar onlayn formada həyata keçirib. O, Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan “Xocalı 29”(http://anl.az/el/vsb/Xocali_soyqirimi_29/index.htm) adlı virtual sərgini, “Xocalı soyqırımı – Qan yaddaşımız!” adlı elektron məlumat bazasını (http://anl.az/el/emb/Xocali-soyqirimi/index.html), “Tragedy of the 20th century – Khojaly genocide”(http://anl.az/el/vsb/Tragedy_of_the_20th_century_Khojaly_genocide/index.htm) adlı ingilis dilində elektron virtual sərgini, Açıq Kitabxana Könüllülər qrupu tərəfindən “Khojaly genoside”(http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm) adlı ingilis dilində fotosərgini də konfrans iştirakçılarının diqqətinə təqdim edib. O, elektron məlumat bazasından danışaraq bildirib ki, baza “Rəsmi sənədlər”,“Xocalı rayonu”, “Xocalının Milli Qəhrəmanları”, “Soyqırımı haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə” və “Fotoqalereya” bölmələrindən ibarətdir.

Sonra “Katliam” kitabının müəllifi, professor Əliağa Cəfərov danışaraq, belə tədbiri keçirdiyinə görə Milli Kitabxanaya, direktor Kərim Tahirova öz təşəkkürünü bildirib. O qeyd edib ki, Xocalı bizim hər zaman yaralı yerimizdir. Müəllifi olduğu kitab barədə danışaraq vurğulayıb ki, Bakıda nəşr olunan “Qırğın” kitabını yazarkən çoxsaylı Xocalı şahidləri ilə görüşüb. Bu görüşlər zamanı daim onların necə erməni vandalizminə düçar olduqlarını, onlara qarşı ermənilərin necə vəhşicəsinə soyqırımı etdiklərinin bir daha şahidi olduğunu qeyd edib. Kitabdan danışaraq o bildirib ki, müəllif bu kitabı Qarabağ uğrunda şəhid olub, adsız qəbirlərdə uyuyan – azərbaycanlıların müqəddəs ruhuna həsr edib. Erməni quldurlarının isğalçılıq siyasəti və törətdikləri Xocalı soyqırımı barədə dəqiq məlumatlar təkzibolunmaz faktlarla 510 səhifəlik kitabda türkdilli oxuculara təqdim edilib.

Sonra onlayn konfransda çıxış edən MKS direktorları tədbirin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür edərək Xocalı soyqırımı, törədilən vəhşiliklər, cinayətlər haqqında danışıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Ədibin Evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI