SİYASƏT


Milli Məclis Aparatının əməkdaşları “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Tbilisidə təşkil olunmuş təlimdə iştirak edirlər

Tbilisi, 13 fevral, AZƏRTAC

Tbilisidə Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin parlament aparatlarının əməkdaşları üçün “Güclü parlamentlər üçün araşdırma işi” adlı qış akademiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, Gürcüstan parlamenti və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkil etdiyi təlimdə Azərbaycanı Milli Məclis Aparatının Analitik-informasiya şöbəsinin baş məsləhətçisi Anar Əkbərov və İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri Vasif Əmiraslanov təmsil edirlər.

Təlimdə Azərbaycan parlamentinin bu sahədəki təcrübəsi təqdim olunub. Təlim iştirakçılarına ölkəmizdə qanunvericilik prosesinin mərhələləri, parlamentin şöbə və komitələrinin qanunvericilik prosesində iştirakı ilə bağlı məlumat verilib. A.Əkbərov və Vasif Əmiraslanov Azərbaycanda qanunvericilik sahəsində qazanılmış təcrübə, əldə olunmuş nailiyyətlər barədə ətraflı danışıblar.

A.Əkbərov jurnalistlərə müsahibəsində deyib ki, fevralın 15-dək davam edəcək təlimdə parlamentlərarası əməkdaşlıqla yanaşı, parlament aparatlarının fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri də diqqət mərkəzində olacaq. Tədbirdə parlament əməkdaşlarının qanunvericilik prosesinə daha hazırlıqlı olmaları, daha güclü idarəçilik üçün onların hansı töhfələri verə biləcəkləri məsələləri nəzərdən keçirilir.

O bildirib ki, təlim çərçivəsində Almaniya Bundestaqının bu sahədə təcrübəsi, araşdırma şöbələrinin qanunvericilik prosesinə töhfəsi, informasiya sorğularının cavablandırılması, ictimai iştirakçılıq və digər məsələlər müzakirə olunur.

A.Əkbərov qabaqcıl təcrübə ilə tanış olmaq baxımından təlimi yüksək qiymətləndirib. Qeyd edib ki, tədbirdə parlament əməkdaşlarının daha səmərəli fəaliyyəti üçün hansı işlərin görülməsi ilə bağlı yeniliklər, qabaqcıl təcrübə öyrənilir və çox faydalı fikir mübadiləsi aparılır.

Diqqətə çatdırılıb ki, təlim çərçivəsində Gürcüstan, Moldova, Belarus və Ukrayna parlamentlərinin nümayəndələri ilə əməkdaşlığın perspektivləri də müzakirə olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.