SİYASƏT


Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda təşkilati məsələlərə baxılıb.

İlk iclasa sədrlik edən Komissiyanın üzvü Nizami Cəfərov “Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası haqqında” Əsasnamənin 3.1.1-ci maddəsinə müvafiq olaraq birinci iclasda Komissiyanın sədri, sədr müavini və katibinin seçilməsi ilə bağlı təklifi səsləndirib. Komissiyanın sədri vəzifəsinə Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Komissiyanın sədr müavini vəzifəsinə Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Fətəliyevanın, Komissiyanın katibi vəzifəsinə isə Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri Emin İmanovun namizədliyini irəli sürüb.

Komissiya üzvləri məsələyə münasibət bildirərək hər üç şəxsin namizədliyini dəstəkləyiblər. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.