Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb YENİLƏNİB

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və hökumətin üzvləri iclasda iştirak ediblər.

İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirə ediləcəyini bildirib. Gündəliyə 11 məsələnin daxil edildiyini vurğulayan Sədr bugünkü iclasın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiya Gününə təsadüf etdiyini deyib və bu münasibətlə iclas iştirakçılarını təbrik edib.

Gündəliyin təsdiqindən sonra çıxış edən Sədr Oqtay Əsədov deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu inkişaf strategiyası 2019-cu ilin ötən dövründə də iqtisadiyyatın yüksəlişini təmin edib. Ölkənin bütün makroiqtisadi göstəricilərində artım müşahidə olunur.

Ötən ilin aprelində möhtərəm Prezidentimizin andiçmə mərasimindəki çıxışında müəyyənləşdirdiyi strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar iqtisadi inkişafımıza yeni dinamika gətirib. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sahəsində, xüsusən vergi və gömrük sistemində islahatlardan sonra bu gün genişmiqyaslı struktur islahatları aparılır, dövlət idarəçiliyinə yeni yanaşmalar tətbiq edilir, o cümlədən gəncləşdirmə siyasəti həyata keçirilir.

Ona görə də tamamilə məntiqlidir ki, Dünya Bankının hazırladığı sonuncu “Doing Business” hesabatına əsasən, Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsindən biri olub. Biznesə başlama göstəricisinə görə ölkəmiz dünyada 9-cu yeri tutur. Azərbaycanda ardıcıl xarakter daşıyan islahatlar iqtisadi inkişaf üçün əvvəlki illərdə yaradılmış potensialı daha da möhkəmləndirir və artırır.

Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə zərfi sənədləri ölkə iqtisadiyyatında müşahidə olunan müsbət dəyişiklikləri dolğun əks etdirir. Məruzə və çıxışlarda bu barədə geniş məlumat veriləcək, odur ki, mən yalnız bir neçə rəqəmi qeyd edəcəyəm.

Ötən 9 ayda ümumi daxili məhsulun artımı 2,5 faiz təşkil edib. Burada diqqəti çəkən məqam qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının sürətlə artmasıdır.

Oktyabrın 15-də keçirilmiş iqtisadi müşavirədə dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, “...son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.

Sədr daha sonra bildirib ki, ölkəmizin valyuta ehtiyatları son 1 ildə 9 faizdən çox artaraq 48,5 milyard dollar təşkil edib. 9 ayda ölkə iqtisadiyyatına 10 milyard manatdan çox investisiya yatırılıb. Bu vəsaitin 60 faizindən çoxu qeyri-neft sektoruna yönəldilib. Bu müddət ərzində əhalinin gəlirləri 8,9 faiz artıb, inflyasiya isə 2,6 faiz təşkil edib. Bunlar əhalinin sosial rifahının daha da yüksəlməsinin mühüm göstəriciləridir.

Oqtay Əsədov vurğulayıb ki, parlamentə təqdim edilən sənədlərdən göründüyü kimi, iqtisadi göstəricilərin artımı 2020-ci ildə də davam edəcək. İlk növbədə bunu söyləmək lazımdır ki, gələn il dövlət büdcəsinin gəlirləri 24,1 milyard manat, xərcləri 26,9 milyard manat olacaq. Bu, cari ilin göstəricilərindən müvafiq olaraq 4,2 faiz və 6,8 faiz çoxdur.

“Proqnozlara görə, əsas iqtisadi göstərici olan ümumi daxili məhsul 3 faiz, o cümlədən qeyri-neft sektorunda yaradılacaq məhsul 3,8 faiz artacaq. Bunun nəticəsində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 70 faizə yaxınlaşacaq.

Hər il olduğu kimi, 2020-ci ilin dövlət büdcəsi də əhalinin sosial rifahının yüksəlməsinə, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin güclənməsinə, iqtisadiyyata investisiya qoyuluşunun daha da artmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, dövlət borcu üzrə öhdəliklərin icrasına möhkəm maliyyə əsasları yaradır.

Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturunda diqqəti çəkən mühüm məqamlardan biri cari xərclərin həcminin artmasıdır. Belə ki, 2020-ci ildə cari xərclərin həcmi bu ilə nisbətən ciddi şəkildə, yəni 40 faizə yaxın artacaq.

Ölkə üçün strateji sahələr olan təhsil xərcləri 38 faizdən çox, elm xərcləri 42 faiz, müdafiə və təhlükəsizlik xərcləri 21 faiz artırılacaq. Digər strateji sahələrdə də ciddi artımlar nəzərdə tutulur.

Büdcə sənədlərindən göründüyü kimi, 2020-ci ilin büdcəsi də sosialyönümlü olacaq. Gələn il sosial müdafiə və sosial təminat xərcləri 31 faiz artırılacaq. Nəticədə dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 39 faizə yaxınlaşacaq.

2019-cu ildə həyata keçirilmiş iki sosial paketin icrasının gələn il davam etdirilməsi üçün 4 milyard manatadək əlavə vəsait nəzərdə tutulub. Qeyd etmək istərdim ki, bu sosial paketlərin əhatə dairəsinə 4 milyon 200 min nəfər, bütövlükdə isə hər bir azərbaycanlı ailəsi düşür. 2020-ci ildən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə xərcləri 1 milyard 369 milyon manata çatdırılır. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən daimi diqqət gələn il də davam etdiriləcək.

2020-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin birgə iclaslarında ətraflı müzakirə olunub. Bu müzakirələrdən sonra komitələr dövlət büdcəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər. Hesablama Palatası da büdcə zərfinə öz müsbət rəyini bildirib. Hesab edirəm ki, plenar iclaslarda aparacağımız müzakirələr səmərəli olacaq”, - deyə Milli Məclisin Sədri vurğulayıb.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirib ki, Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsindədir. Azərbaycan dövləti öz büdcə parametrlərinin daha da yaxşılaşdırılması üçün bütün tədbirləri görür. Komitə sədri onu da söyləyib ki, büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq hazırlanıb və bütün komitələrdə geniş müzakirələr aparılıb. Səslənən təkliflərə münasibət bildirilib. Gələn ilin büdcəsi həm sosial, həm də investisiyayönümlüdür. Büdcə layihəsi başlıca iqtisadi sənəd olaraq 2020-ci ildə həyatımızın müxtəlif istiqamətlərini əhatə edəcəyini, dünya və ölkə iqtisadiyyatında gözlənilən meyillərin təhlilinə tam uyğundur.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verərək bildirib ki, 2020-ci il və ortamüddətli dövrdə Azərbaycanın milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol xəritələrinin icrası, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas istiqamətlərindən biri olacaq. Ənənəvi olaraq, büdcənin sosialyönümlülüyü təmin ediləcək. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək.

Bildirilib ki, insan kapitalının inkişafı, əmək məhsuldarlığının artırılması, kompetensiyalı işçi qüvvəsinin yaradılması üzrə tədbirlər büdcə siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq. Bu əsasda, təhsil islahatlarının davam etdirilməsi, məktəbəqədər təhsilin maliyyə təminatı, habelə ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulunun daha da genişləndirilməsi məqsədilə müvafiq maliyyə təminatı ayrılacaq.

Samir Şərifov qeyd edib ki, xərc siyasətinin digər mühüm istiqaməti ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaq. Bununla əlaqədar, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün müvafiq təşviq mexanizmləri formalaşdırılacaq, maliyyə dəstəyi və subsidiyalar ayrılacaq. 2020-ci ilin xərc siyasətinin əsas istiqamətlərindən biri səhiyyə sahəsində islahatların dəstəklənməsi olacaq. Belə ki, 2020-ci ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır ki, bu məqsədlə dövlət büdcəsində əhəmiyyətli maliyyə vəsaiti nəzərdə tutulub. 2020-ci il və orta müddətli dövrdə nəqliyyat, kommunal infrastruktur, meliorasiya, sənaye və energetika kimi prioritet sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi, habelə, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil və şəhid ailələri üçün evlərin tikintisi dövlət əsaslı vəsait qoyuluşunun prioritet istiqamətlərindən olacaq.

Nazir bildirib ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. 2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barrelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb.

Qeyd edilib ki, dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsaitin daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14 milyon manat az transfert nəzərdə tutulur.

Maliyyə naziri bildirib ki, icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3 faizinə bərabər olacaq.

İqtisadiyyat naziri Mikayıl Cabbarov iclasda çıxış edərək vurğulayıb ki, dövlətin iqtisadi sənədi Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasının proqnoz göstəriciləri, “Büdcə sistemi haqqında” qanuna əsasən qlobal iqtisadi çağırışlar, ölkə iqtisadiyyatının inkişaf meyilləri və dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş hədəflər nəzərə alınmaqla hazırlanıb.

“Dövlətimizin başçısı dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycan artıq postneft dövründə yaşayır. Bu dövrdə daha dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək üçün daha dərin islahatlar aparılmalıdır. Bu gün milli iqtisadiyyatın inkişafında neft-qaz sektoru öz lokomotiv rolunu saxlamaqda davam edir və qeyri-neft iqtisadiyyatının inkişafına dəstək göstərir”, - deyə nazir vurğulayıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun büdcə ilə bağlı hazırladığı rəyi təqdim edib və bildirib ki, 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsi haqqında rəy “Hesablama Palatası haqqında”, “Büdcə sistemi haqqında” qanunların tələblərinə, həmçinin digər müvafiq sənədlərə uyğun hazırlanıb. Palata sədrinin sözlərinə görə, büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir. İlin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir. Eyni zamanda, 2020-ci ilin dövlət büdcəsində xərclərin həcmi 2019-cu ildəkinə nisbətən artacaq. Gələn ilin dövlət büdcəsi layihəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir. Növbəti ildən qüvvədə olacaq təsnifat dövlət maliyyəsinin beynəlxalq metodologiyaya uyğunlaşması istiqamətində uğurlu addımlardan biridir. Hesablama Palatası tərəfindən hazırlanan rəydə büdcə layihəsinin icrası ilə bağlı rəy və tövsiyələr verilib. Palata hesab edir ki, təqdim edilən rəy, dövlət maliyyəsinin şəffaflaşmasına xidmət edir.

Sonra iclasda müzakirələr başlanıb. Deputatlardan Vahid Əhmədov, Aqiyə Naxçıvanlı, Eldar İbrahimov, Gövhər Baxşəliyeva, Qənirə Paşayeva, Musa Qasımlı büdcə layihəsi ilə bağlı fikirlərini bildiriblər.

Fasilədən sonra Milli Məclisin iclası öz işini davam etdirib.

Deputatlar Fəzail Ağamalı, Tahir Rzayev, Siyavuş Novruzov, Fazil Mustafa, Rəşad Mahmudov, Əli Məsimli, Novruzəli Aslanov, Sahibə Qafarova, Elman Nəsirov, Musa Quliyev, Kamilə Əliyeva, Bəxtiyar Əliyev, Əli Hüseynli, Aytən Mustafayeva, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Nəsib Məhəməliyev, Tahir Mirkişili, Fərəc Quliyev, Cavid Osmanov, Aydın Hüseynov, Azər Badamov, Elmira Axundova, Mirkazım Kazımov çıxış edərək gələn ilin dövlət büdcəsi layihəsi ilə əlaqədar təkliflər səsləndiriblər.

Milli Məclisdə büdcə müzakirələri noyabrın 13-də davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır