Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə 2022-ci ilin büdcə zərfindəki üç qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Büdcə zərfinin ikinci oxunuşda müzakirəyə çıxarıldığı iclasda hökumət üzvləri də iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iclasda 24 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb.

Bir sıra mühüm məsələlərə toxunan deputatlar Soltan Məmmədov, Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Aydın Mirzəzadə, Tural Gəncəliyev, Razi Nurullayev, Zahid Oruc, Fazil Mustafa, Tahir Kərimli, Siyavuş Novruzov əsasən bu günlərdə Fransa Senatında rəsmi şəxslərin erməni separatçılarını qəbul etməsini kəskin qınayıblar. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçıların Fransanın bəzi rəsmiləri səviyyəsində “rəsmi qonaq – nazir və parlament spikeri” kimi qəbul edilməsi qətiyyətlə pislənilib. Bu hadisə postmüharibə dövründə Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirməməyin və ikili standartların təzahürü, bölgədə sülhün gəlişini əngəlləməyə hesablanmış qərəzli addım kimi dəyərləndirilib. Bildirilib ki, bu kimi hallar Cənubi Qafqazdakı yeni reallıqlar şəraitində Fransanın əməkdaşlıq imkanlarını məhdudlaşdırır.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.

Sahibə Qafarova xatırladıb ki, ikinci oxunuşda parlamentə təqdim olunmuş 24 məsələdən 22-si gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir.

Plenar iclasda ikinci oxunuşa təqdim olunmuş qanun layihələrinə bu oxunuşun prosedur qaydalarına uyğun surətdə baxılıb.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) məsələni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi barədə birinci oxunuş zamanı həm hökumət üzvləri, həm də parlamentarlar tərəfindən ətraflı məlumat verilib. Plenar iclasda birinci oxunuş zamanı müzakirələrdə 28 deputat çıxış edib. Büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuş üçün komitələrdə müzakirəsi geniş formada təşkil edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bütün komitələrin deputatlarının və aidiyyəti dövlət orqanlarının iştirakı ilə ətraflı müzakirələr aparılıb və sənədə müsbət rəy verilib. İclasda, həmçinin deputatları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib, suallara cavab verilib.

Layihədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi gəlirlərinin 26 milyard 816 milyon manat, xərclərinin isə 29 milyard 879 milyon manat məbləğində nəzərdə tutulduğunu xatırladan komitə sədri büdcədəki bir sıra mühüm göstəriciləri də təkrarən xatırladıb. Parlamentin komitə və plenar iclaslarında aparılan geniş və peşəkar müzakirələri Milli Məclislə hökumət arasında olan səmərəli əməkdaşlığın mühüm göstəricisi kimi dəyərləndirib. Bir daha əminliyini bildirib ki, 2022-ci ilin dövlət büdcəsi dövlətin növbəti ildə ölkəmizin qarşısında duran hədəflərə çatmasına və yaranacaq çağırışlara cavab verməsinə lazımi maliyyə imkanı yaradacaq.

Sonra iclasda müzakirələr başlanıb.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə ikinci oxunuşda münasibət bildirən Vüqar Bayramov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, Elşad Mirbəşir oğlu, Jalə Əliyeva, Bəxtiyar Əliyev, Tahir Rzayev, Naqif Həmzəyev, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Fazil Mustafa, Cəbi Quliyev, Səttar Möhbalıyev, Eldar İbrahimov, Sadiq Qurbanov, İltizam Yusifov, Tural Gəncəliyev, İsa Həbibbəyli, Etibar Əliyev, Azər Kərimli, Aqil Məmmədov qanun layihəsi barədə rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar. Təmsil etdikləri bölgələrdəki problemlərin həllinin büdcədə nəzərə alınmasına çalışıblar. İnflyasiya, süni qiymət artımı, bahalaşma, inhisarçılıq, xüsusən regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi, investisiyaların səmərəliyinin artırılması və sair ilə bağlı məsələ qaldırıblar.

Çıxışlarda müstəqillik tariximizin ən böyük həcmli büdcəsi olan 2022-ci ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi gücünün və potensialının, gələcək üçün atılacaq addımların sübutu kimi qiymətləndirilib. Bildirilib ki, xüsusilə gəlirlər və xərclər istiqaməti üzrə büdcə rasional şəkildə tərtib olunub. Milli prioritetlər olaraq müəyyənləşdirilmiş bütün sahələrin inkişafı üçün vacib məsələlər, eləcə də dünyada gedən proseslərlə əlaqədar yeni çağırışlar nəzərə alınıb.

Qeyd olunub ki, Böyük Qayıdış ilinin büdcəsi olmaqla 2022-ci ilin büdcəsi böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir. Yeni büdcə zərfində əvvəlki illərdə olmayan bir çox yeniliklər öz əksini tapıb. Azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması üçün 2,2 milyard manat vəsaitin ayrılması həm xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb, həm də beynəlxalq miqyasda işgüzar dairələrin ciddi marağına səbəb olub.

Sonra iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək büdcə zərfi ilə bağlı deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, suallara cavab veriblər.

Səsvermə zamanı 17 maddədən ibarət olan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul olunub.

Sonra iclasda “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinə (ikinci oxunuş) baxılıb. Məsələni təqdim edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, qanun layihəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 429 milyon manat və ya 8,8 faiz çoxdur.

Komitə sədri diqqətə çatdırıb ki, birinci oxunuşda büdcənin gəlirləri və xərcləri ilə əlaqədar bütün parametrləri, proqnozları və büdcə ilə bağlı təkliflər ətraflı səsləndirilib. İkinci oxunuş zamanı komitə iclasında da qanun layihəsinin mətninə heç bir dəyişiklik olunmayıb.

Plenar iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov məşğulluq məsələləri, regionlarda yeni iş yerlərinin yaradılması və sair ilə bağlı deputatların qaldırdıqları məsələlərə ətraflı şərh verib, konkret faktlara istinadən görülmüş işləri deputatların nəzərinə çatdırıb.

Deputatlar 6 maddədən ibarət “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinə ikinci oxunuşda müsbət münasibət bildiriblər.

Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 180 milyon 375 min 536 manat məbləğində nəzərdə tutulub. Deputatlar müzakirə zamanı layihəni dəstəkləyiblər, mətndə dəyişiklik yoxdur.

Müzakirə zamanı deputat Əli Məsimli ölkədə işsizliyin faizi ilə bağlı fikir və mülahizələrini bölüşüb.

Sonra 5 maddədən ibarət “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin növbəti iclası başa çatıb.

Sabah Milli Məclisdə büdcə zərfindəki qanun layihələrinin ikinci oxunuşda müzakirələri davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib