SİYASƏT


Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı və komitənin üzvü Elşən Musayev Milli Məclisdə “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin iştirakçıları ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Aydın Mirzəzadə könüllülər hərəkatının son illərdə gənclərimizi daha çox əhatə etməyə başladığını və özünü doğrultduğunu söyləyib. Bildirib ki, gənclər bu hərəkata qoşulmaqla ictimai həyatda ilk addımlarını atırlar və burada qazanılmış təcrübə onların gələcəkdə cəmiyyətdə öz yerlərini tutmalarına kömək olacaq.

Məlahət İbrahimqızı və Elşən Musayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, aparılan islahatlardan danışıb, belə görüşlərin əhəmiyyətini vurğulayıblar. Deputatlar gənclərə təmsil etdikləri komitələrin gördükləri işlər, qanun yaradıcılığı prosesi və parlamentin iş prinsipi haqqında məlumat veriblər. Gənclər müxtəlif qanun layihələrinin hazırlanması, təkliflərin verilməsi, prosedur qaydalar və digər məsələlər haqqında məlumatlandırılıb.

Sonda layihə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.