Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə “Naxçıvan Sazişi–10 il” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

Bakı, 10 oktyabr, AZƏRTAC 

Oktyabrın 10-da Milli Məclisdə “Naxçıvan Sazişi - 10 il” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov 2009-cu il oktyabrın 3-də Azərbaycanın qədim şəhəri Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) əsasının qoyulduğunu bildirib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları Naxçıvan şəhərində bununla bağlı Saziş imzalayıblar. Ötən 10 il sübut edib ki, belə bir sazişin imzalanmasına doğrudan da böyük ehtiyac vardı. Bu 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirilib. Onlardan biri də 2008-ci ildən fəaliyyət göstərən Türkdilli Dövlətlərin Parlament Assambleyasıdır.

Ziyafət Əsgərov diqqətə çatdırıb ki, ötən dövrdə mədəniyyət, incəsənət, iqtisadiyyat, ticarət əlaqələri və digər sahələrdə əməkdaşlığımız inkişaf edib və hesab edirəm ki, bu işlər bundan sonra daha da uğurla davam edəcək.

Bildirilib ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlayıb. Türkdilli xalqların inteqrasiyası yolunda ümummilli liderimiz Heydər Əliyevin müdrik təşəbbüsü hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunub ki, 2009-cu ildə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Ötən 10 ildə TDƏŞ-in ciddi siyasi çəkiyə malik təşkilat kimi formalaşmasına imkan yaranıb. Təşkilatın səmərəli fəaliyyəti siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin inkişafına mühüm töhfələr verib.

Bu il oktyabrın 14-də və 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək və təşkilata sədrlik Azərbaycana keçəcək. Cari ilin sentyabrın 4-də Naxçıvan Sazişinin Özbəkistan tərəfindən ratifikasiyasının tamamlanması türkdilli dövlətlərin əlaqələrinin möhkəmlənməsi baxımından mühüm tarixi hadisə oldu.

Ziyafət Əsgərov bu mühüm tarixi hadisə münasibətilə qardaş Özbəkistan dövlətini və xalqını təbrik edib. Qeyd edib ki, Özbəkistanın təşkilata qoşulmasının Naxçıvan Sazişinin 10 illiyinə təsadüf etməsi bizim üçün rəmzi məna daşıyır. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üçün digər əlamətdar hadisə Budapeştdə təşkilatın nümayəndəliyinin təsis edilməsi olub. Bir il öncə Macarıstan bu təşkilata müşahidəçi statusu ilə qoşulub. Nümayəndəliyin yaradılması bu təşkilatın Avropaya da genişlənməsi baxımından mühüm hadisədir. Türkdilli xalqlar arasında birliyin möhkəmləndirilməsində Şura ilə yanaşı, TÜRKSOY Beynəlxalq Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu da yaxından iştirak edir.

Bu mühüm fəaliyyətdən parlamentlərimizin də kənarda qalmamasını xüsusi vurğulayan Ziyafət Əsgərov bildirib ki, bu işdə Türkdilli Ölkələrin Parlament Assambleyası da yaxından kömək göstərir. Bu baxımdan TÜRKPA 11 illik fəaliyyəti dövründə bir sıra uğurlara imza atıb. Ziyafət Əsgərov Naxçıvan Sazişinin 10 illiyi münasibətilə təbriklərini çatdırıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlar arzulayıb.

Sonra çıxış edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov bildirib ki, Naxçıvan Sazişinin imzalanması türkdilli ölkələrin əməkdaşlığının inkişafında yeni mərhələ olub. Bu sazişin imzalanması türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə təkan verib. Bu baxımdan TÜRKPA-nın yaradılması da mühüm addım olub. TÜRKPA parlamentlər arasında təcrübə mübadiləsi, milli qanunvericiliyin yaxından öyrənilməsi, seçkilərin müşahidəsi, müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfələrini verməkdədir. Baş katib bildirib ki, TÜRKPA-nın qarşıdakı sessiyasında bir sıra model qanun layihələrinin hazırlanması və bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Baş katib TÜRKPA-ya verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirib. Qeyd edib ki, TÜRKPA türkdilli dövlətlərin münasibətlərinin müxtəlif sahələrdə inkişafı üçün qanunvericilik dəstəyi verməyə hazırdır. Baş katib Naxçıvan Sazişinin 10 illiyi münasibətilə təbriklərini çatdırıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlar arzulayıb.

Sonra toplantı panellər üzrə davam etdirilib.

“Naxçıvan Sazişi: Türk birliyinin inkişafının yeni mərhələsi” mövzusunda keçirilən paneldə ilk olaraq Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib. Komitə sədri bildirib ki, 2009-cu il oktyabrın 3-də imzalanan Sazişin əsas məqsədi türk dilli dövlətlərin bir araya gəlməsi, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanın sürətlənməsi idi. Qeyd edilib ki, türk dövlətləri arasındakı münasibətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun iştirakı ilə 4 böyük türk dövləti arasında Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılıb. Çox sevindiricidir ki, artıq qardaş Özbəkistan da quruma üzv olmağa hazırlaşır. Komitə sədri TÜRKPA-nın tərkibində fəaliyyət göstərən komitələrin işindən, həyata keçirilən layihələrdən danışıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli böyük bir coğrafiyanı bölüşən türk xalqlarının ortaq dəyərlərindən, dil və din birliyindən, onların həyat tərzləri, yaşam və məişət fəlsəfələrindən geniş söhbət açıb. Naxçıvan Sazişinin imzalanmasından keçən 10 il ərzində görülən işlərin, qarşılıqlı səfərlərin əhəmiyyəti, türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaların rolu barədə fikirlərini söyləyib.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı zamandan keçmiş ittifaqın süqutu ilə ayrı-ayrı türk dövlətləri arasında münasibətləri əngəlləyən maneələrin aradan qaldırılması sahəsində xidmətlərindən, onun türkdilli xalqların dövlət başçılarının Zirvə görüşlərində iştirakından söz açıb. İsa Həbibbəyli Beynəlxalq Türk dili Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə fikirlərini də diqqətə çatdırıb. Akademiyanın Monqolustanda, Sibirdə, Qafqazda türk izləri barədə araşdırma layihələrinin uğurlu nəticələrini vurğulayıb.

Sonra Milli Məclisin deputatları Nizami Cəfərov, Hikmət Məmmədov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının layihə rəhbəri Yıldız Uzakova çıxış edərək türk xalqları arasında əməkdaşlığın milli əsaslarından, qardaş dövlətlər arasında iqtisadi, siyasi, mədəni əməkdaşlığın genişləndirilməsi çərçivəsində görülən işlərdən söz açıblar.

Tədbirdə o da vurğulanıb ki, Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı digər türkdilli dövlətlər üçün yaxşı nümunədir. Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” klubunun toplantısında “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinə diqqət çəkərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində türkdilli dövlətlərin cəhdlərini birləşdirməli olduğunu ifadə ediblər.

Daha sonra tədbir “Türkdilli dövlətlər arasında institusional əməkdaşlığın inkişaf etdirilməsində parlament ölçüsünün rolu: yeni çağırışlar və vəzifələr” mövzusunda müzakirələrlə davam etdirilib.

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov çıxışında bildirib ki, türkdilli ölkələr arasında əməkdaşlığın vacib istiqamətlərindən biri qanunvericilik sahəsində inteqrasiyadır. Bizim gələcək vəzifələrimizdən birini türkdilli dövlətlərin oxşar hüquqi məkanının formalaşması təşkil edir. Hazırda bu sahədə TÜRKPA çərçivəsində çox mühüm inkişaf müşahidə olunur. Bunun bariz nümunəsi olaraq türkdilli dövlətlərin terrorçuluğa münasibətdə ortaq mövqeyinin müəyyən edilməsini göstərmək olar. Qeyd edilib ki, bir müddət əvvəl müvafiq sənədlər hazırlanıb qurumun aidiyyəti komissiyasına təqdim edilib. Bu sənəddə terrorçuluqla mübarizədə beynəlxalq konvensiyalarda müəyyən olunmuş prinsiplər öz əksini tapıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, eyni cinayətə münasibətdə türkdilli dövlətlərin ümumi yanaşması tətbiq olunacaq. Digər istiqamət TÜRKPA çərçivəsində model qanunvericilik aktlarının hazırlanmasıdır. Buna uyğun olaraq quruma üzv dövlətlərdə qəbul edilən qanunların bir-birinə uyğunlaşdırılması prosesi həyata keçiriləcək. Növbəti addım beynəlxalq cinayətlərin qarşısının alınması və həmin cinayətlərin cəzalandırılması ilə bağlı qanun layihəsi olacaq. Heç bir dövlət bundan sığortalanmayıb. Azərbaycan da bunun bariz nümunəsidir. Xocalı soyqırımı, digər çoxsaylı hərbi cinayətlərin qarşısının alınmasında türkdilli dövlətlərin ümumi mövqedən çıxış etməsi mühüm əhəmiyyət daşıyır. Hazırda insanlıq əleyhinə cinayətlərlə bağlı konvensiyanın hazırlanması prosesi gedir.

Sonra Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev, İqtisadi qanunvericilik şöbəsinin Təbii Ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə qanunvericilik sektorunun müdiri Vasif Əmiraslanov mövzu ilə bağlı çıxış ediblər. Məruzəçilər sosial və iqtisadi sahələrdə hazırlanan model qanun layihələrindən danışıblar. “Turizm haqqında”, “Elektron ticarət haqında”, “Enerji resurslarından səmərəli istifadə haqqında” sənədlər barədə məlumat veriblər.

İclasa yekun vuran Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov müzakirələrin səmərəli keçdiyini, konfransın quruma üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini söyləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub