SİYASƏT


Milli Məclisin deputatı yenidən MDB PA-nın daimi komissiyasının sədr müavini seçilib

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Müstəqil Dövlət Birliyinin Parlament Assambleyasının (MDB PA) İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə MDB PA-da Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin üzvləri - MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının sədr müavini Rüfət Quliyev, üzvləri İltizam Yusifov və Anar Məmmədov iştirak ediblər.

Daimi komissiyanın gündəliyi təsdiq olunduqdan sonra təşkilati məsələlərə baxılıb.

Milli Məclisin deputatı Rüfət Quliyev yenidən MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının sədr müavini vəzifəsinə seçilib.

Sonra komissiya üzvləri MDB iştirakçısı olan dövlətlər arasında iqtisadi təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına dair tövsiyələrə, “Dövlət satınalmaları haqqında” və “MDB-yə üzv dövlətlərdə texnologiya transferi, onun dəstəklənməsi və tənzimlənməsi tədbirləri haqqında”, həmçinin rəqəmsallaşdırma sahəsində nümunəvi qanun layihələri zərfinə baxıblar. Deputatlar zərfə daxil olan digər model qanun layihələrini müzakirə ediblər.

İclasın sonunda Müstəqil Dövlətlər Birliyində 2023-2025-ci illər üçün Perspektiv Model Qanunvericilik layihəsinə dair təkliflərə də baxılıb, 2021-ci ildə görülən işlər təhlil edilib, qurumun növbəti müddət üçün hazırlanan model qanunvericilik işlərinin perspektiv planına təkliflər nəzərdən keçirilib, növbəti iclasların tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.