Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub

Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Komitə sədri Ziyad Səmədzadə 2018-ci ilin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında ən yaddaqalan illərdən olduğunu deyib. Bildirib ki, 2018-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyi qeyd edilib. Bu münasibətlə keçirilən tədbirdə dövlətimizin başçısı İlham Əliyev ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan danışaraq deyib ki, öz potensial imkanlarından daha səmərəli istifadə edən Azərbaycan dünyanın dinamik inkişaf edən nüfuzlu dövlətlərindən birinə çevrilib. Bu baxımdan 2018-ci ilin uğurları təqdirəlayiqdir.

Ziyad Səmədzadə qeyd edib ki, 2018-ci ildə qlobal risklərə, dünyada baş verən təlatümlü hadisələrə baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirib. Xüsusilə qeyri-neft, nəqliyyat sektorlarında və digər sahələrdə əvvəlki illərə nisbətən imkanlar genişlənib. Ötən il Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat vəsait qoyulub. Bu, əvvəlki ilə nisbətən 3 milyard manat çoxdur. Eyni zamanda, bu vəsaitlərin 70 faizi daxili mənbələr hesabına edilib.

İclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini və müvafiq hesabatı əhatəli şəkildə şərh edib. Deyib ki, keçən il makroiqtisadi stabilliyin daha da möhkəmlənməsinə, ümumi daxili məhsulun (ÜDM) 1,4 faiz, əhalinin adambaşına düşən gəlirlərinin 8,2 faiz artımına, milli valyutanın sabitliyinin qorunmasına nail olunub, əhalinin gəlirləri mövcud inflyasiyanı xeyli üstələyib. Cari ilin əvvəlində ölkənin ümumi valyuta ehtiyatları 44,5 milyard ABŞ dolları təşkil etməklə xarici dövlət borcumuzu təxminən 5 dəfə üstələyib və 2018-ci ildə istehsal olunmuş ÜDM-in 94,8 faizinə bərabər olub. Qlobal enerji qiymətlərində müşahidə olan dalğalanma nəticəsində “Azeri Light” markalı xam neftin 1 barrelinin dünya birjalarında satış qiyməti 2018-ci ildə orta hesabla 73,1 ABŞ dollar səviyyəsində qərarlaşıb ki, bu da 2017-ci illə müqayisədə 31,9 faiz, büdcədə nəzərdə tutulmuş proqnozlaşdırılan qiymət göstəriciləri ilə müqayisədə isə 32,7 faiz çox olub.

Qeyd olunub ki, ölkə iqtisadiyyatında ötən ildəki dinamik inkişaf dövlət və icmal büdcələrinin icrasında da öz müsbət təsirini göstərib. 2018-ci il üçün icmal büdcənin gəlirləri 2017-ci illə müqayisədə 6 milyard 849 milyon manat və ya 28,4 faiz artaraq 30 milyard 925 milyon manat təşkil edib, xərcləri isə 1 milyard 274 milyon manat və ya 5,1 faiz çoxalaraq 26 milyard 457 milyon manat olub. İcmal büdcə 1,5 milyard manat profisitlə proqnozlaşdırılsa da, 4,5 milyard manat profisitlə yekunlaşıb ki, bu da proqnoza nisbətən 3 milyard manat və ya üç dəfə çoxdur. Ötən il dövlət büdcəsinin mədaxili 22 milyard 509 milyon manat olmaqla proqnoza 101,6 faiz əməl edilib. Bu da 2017-ci illə müqayisədə 6 milyard manat və ya 36,3 faiz artım deməkdir. 2018-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 9 milyard 108 milyon manat və ya 103,5 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 305 milyon manat, 2017-ci illə müqayisədə isə 476 milyon manat və ya 5,5 faiz çox olub. Təqdim olunan proqnozun Vergilər Nazirliyi 100,5 faiz icra edərək büdcəyə 7 milyard 416 milyon manat vəsait təqdim edilib ki, bu da 2017-ci illə müqayisədə 444 milyon manat və ya 6,3 faiz artım deməkdir.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 107,6 faiz əməl olunmaqla büdcəyə 3 milyard 433 milyon manat vəsait daxil olub, bu da 2017-ci illə müqayisədə 31,6 faiz və ya 825 milyon manat çoxdur. 2018-ci ildə Dövlət Neft Fondu dövlət büdcəsinə 10 milyard 959 milyon manat vəsait transfert edib.

Azər Bayramov bildirib ki, hesabat ilində dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,4 faiz və yaxud 22 milyard 731 milyon manat icra edilib. Strukturuna görə 2018-ci il dövlət büdcəsi xərclərinin 11 milyard 554 milyon manatı və yaxud 50,8 faizi cari xərclərə, 8 milyard 942 milyon manatı və ya 39,4 faizi əsaslı xərclərə, 2 milyard 235 milyon manatı və yaxud 9,8 faizi dövlət borclarına və öhdəliklərə xidmətlə bağlı xərclərə yönəldilib. Dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 197 milyon manatı sosialyönümlü xərclərin maliyyələşməsinə yönəlib ki, bu da əvvəlki illə müqayisədə 506 milyon manat və ya 7,6 faiz çoxdur.

2018-ci ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 6166,6 milyon manat vəsait yönəldilib ki, bu da 2017-ci illə müqayisədə 354,8 milyon manat və ya 6,1 faiz çox olmaqla, dövlət büdcəsi xərclərinin 27,1 faizini təşkil edib.

Qeyd olunub ki, ötən ildə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 10,3 faizi həcmində və ya 2340,9 milyon manat vəsait sərf edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik müavinətlərin ödənilməsi üçün 36,3 milyon manat vəsait ayrılıb. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət büdcələrindən ümumilikdə 436,3 milyon manat (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan 200,0 milyon manat, sosial müdafiə və sosial təminat bölməsindən 233,3 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan 3,0 milyon manat) vəsait ayrılıb.

A.Bayramov bildirib ki, icmal büdcənin tərkib hissəsi olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3578,8 milyon manat proqnoza qarşı 3747,9 milyon manat və ya 104,7 faiz icra olub. Bu da 2017-ci ilə nisbətən 349,0 milyon manat və ya 10,3 faiz çoxdur. Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 15310,8 milyon manat proqnoza qarşı 17614,1 milyon manat (2303,3 milyon manat və ya 15,0 faiz çox) icra olunub ki, bu da 2017-ci ilə nisbətən 5476,6 milyon manat və ya 45,1 faiz çoxdur. Dövlət Neft Fondunun büdcəsinin xərcləri 11448,3 milyon manat proqnoza qarşı 11432,3 milyon manat və ya 99,9 faiz (16,0 milyon manat və ya 0,1 faiz az) icra olub.

2018-ci ildə qazanılmış uğurları diqqətə çatdıran iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələləri prioritet olaraq müəyyən edib. Bu istiqamətdə ötən il də sistemli və kompleks işlər həyata keçirilib. Nəticədə 2017-ci illə müqayisədə ÜDM-in real artım tempi 1,4, qeyri-neft sektorunun artım tempi isə 1,8 faiz təşkil edib. Bu dövr ərzində qeyri-neft sənayesində məhsul istehsalı 9,1 faiz, kənd təsərrüfatı məhsulu 4,6 faiz, pərakəndə ticarət 4 faiz artıb. Əvvəlki illə müqayisədə 2018-ci ildə qeyri-neft ixracı 9,8 faiz, o cümlədən sənaye məhsulları ixracı 6,2 faiz, kənd təsərrüfatı və emalı məhsulları ixracı 13,8 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı isə 56,2 faiz artıb.

Niyazi Səfərov bildirib ki, ixrac gəlirlərinin əhəmiyyətli dərəcədə artması, qeyri-neft ixracının genişləndirilməsi və idxalın əvəzlənməsi istiqamətində keçirilən islahatlar nəticəsində milli valyuta sabitləşib. Hesabat ili ərzində iqtisadiyyatda əsas kapitala qoyulmuş 17,2 milyard manat investisiyaların 65,5 faizi, yaxud 11,3 milyard manatı qeyri-neft sektoruna yönəlib. 2018-ci il ərzində ölkənin qeyri-neft sektorunda 47 milyard manata yaxın əlavə dəyər yaradılıb ki, bu da əvvəlki illə müqayisədə 1,8 faiz çox olub. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 58,8 faiz təşkil edib. Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki illə müqayisədə 7,4 faiz artaraq 3,5 milyard manata çatıb. İl ərzində qeyri-neft sektorunda yaradılmış əlavə dəyərdə qeyri-neft sənayesinin xüsusi çəkisi 7,6 faiz olub.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib ki, 2018-ci ildə dövlət büdcəsinin gəlirləri qanunla müəyyən edilmiş 20 mənbə üzrə daxilolmalar hesabına formalaşıb. Bu mənbələrdən 13-ü üzrə proqnoz göstəricilərinin icra səviyyəsi 100 faizdən çox, 7-si üzrə isə kəsirlə icra edilib. Dövlət büdcəsinin gəlirlərində neft amili yenə də dominantlıq təşkil edib, lakin qeyri-neft sahələrindən gəlirlərə proqnoza nisbətən 3,5 faiz, əvvəlki ilə nisbətən isə 5,5 faiz artımla əməl edilib. Hesabat ilində vergiödəyicilərinin dövlət büdcəsinə olan cəmi artıqödəmə məbləği 2 milyard manat təşkil edib ki, bu da 2018-ci il 1 yanvar tarixinə olan göstəricidən 21,4 faiz azdır. Artıqödəmə məbləğinin azalması fonunda hesabat ilində dövlət büdcəsinə olan borcların məbləği 3,8 faiz artıb. Artım əsasən faiz borclarının əhəmiyyətli artımı hesabına baş verib. 2018-ci ildə vergi borclarının əsas hissəsi qeyri-neft sektorunun, mülkiyyət növü üzrə bölgüdə isə qeyri-dövlət sektorunun payına düşüb. Dövlət büdcəsi 98,4 faiz səviyyəsində icra edilib ki, bu da çox müsbət amildir.

Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində dövlət büdcəsinin xərclərini xarakterizə edən əsas amil xərclərin artım tempinin ÜDM-in artım tempini üstələməsidir. Əvvəlki illə müqayisədə 2018-ci ildə büdcə xərclərinin artım tempi ÜDM-in artım tempindən çox olub. Büdcə xərclərinin strukturunda əlavə dəyər yaradan xərclərin məbləği əhəmiyyətli çəkidə artıb.

Müvafiq icra hakimiyyəti orqanından daxil olan məlumatların təhlili göstərir ki, dövlət vəsaitlərinin istifadəsi zamanı 2018-ci ildə 10 923 sayda 5,8 milyard manat məbləğində satınalma tətbiq edilib. Bu göstərici əvvəlki ilin göstəricisindən say və əhatə olunan məbləğ baxımından 22,0 faiz və 31,4 faiz çoxdur. Bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən əlavələr, daxili nəzarət orqanlarının fəaliyyəti, həmçinin dövlət satınalmaları sahəsində siyasəti həyata keçirən orqan tərəfindən aparılan maarifləndirmə işləri öz təsirini göstərib. Eyni zamanda, bu məbləğin dövlət büdcə xərclərinə nisbəti 25,5 faiz, ÜDM-ə nisbəti isə 7,3 faiz təşkil edib.

Qeyd olunub ki, açıq tenderlə keçirilən dövlət satınalmalarının sayı əvvəlki ilə nisbətən 38,1 faiz, əhatə dairəsi 49,6 faiz artıb. Ümumiyyətlə, müsabiqəli (rəqabətli) satınalmaların sayı 2017-ci ilin analoji göstəriciləri ilə müqayisədə 17,5 faiz və əhatə dairəsi 42,8 faiz artıb. 2018-ci ildə keçirilən satınalmalarda rəqabətli satınalmaların sayı və əhatə dairəsi ümumi göstəricilərdə müvafiq olaraq 82,1 faiz və 44,2 faiz olub.

2018-ci ilin xərcləri barədə danışan Vüqar Gülməmmədov deyib ki, rəyin hazırlanması zamanı 144 qurum üzrə 18,6 milyard manatı əhatə edən və vəsaitlərin icrasını təsdiqləyən Xəzinə Üzləşmə Aktları və digər sənədlər nəzərdən keçirilib. Bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 81,9 faizinə bərabərdir. Eyni zamanda, 117 qurum üzrə büdcə vəsaitlərinin icrası ilə bağlı hesabat məlumatları təhlil edilib, həmin məlumatlar 11,2 milyard manat məbləği və ya 2018-ci il dövlət büdcəsi xərclərinin 49,3 faizini təşkil edir.

Hesabat ilində daxili və xarici dövlət borclanmasının 2018-ci ilin dövlət büdcəsi haqqında Qanunla müəyyən edilmiş yuxarı hədləri gözlənilib, ümumi dövlət borcu məbləğinin 92,0 faizi xarici dövlət borcuna, 8,0 faizi isə daxili dövlət borcuna aid olub.

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası ilə bağlı deputatlar Vahid Əhmədov, Rüfət Quliyev, Əli Məsimli, Dövlət Gömrük Komitəsinin Baş idarə rəisi Mirqasım Vahabov fikir və təkliflərini səsləndiriblər.

Deputatlar, həmçinin Vergi və İnzibati Xətalar məcəllələrində, “Azərbaycan Respublikasının Milli Məclisinin daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət rüsumu haqqında”, “Kredit ittifaqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini birinci oxunuşda müzakirə ediblər. İclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də baxılıb.

Müzakirə edilən bütün sənədlər parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqın qəlbində daim yaşayır

Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevrilməkdədir - ŞƏRH

Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır

Sosial sorğu: Emmanuel Makronun reytinqi aşağı düşür, Milli Birlik Partiyası önə çıxır

Anar Eminov: Müasir universitetlərin gələcəyi yaşıl düşüncə, sağlam həyat tərzi və sosial məsuliyyət fəlsəfəsi üzərində formalaşır

Premyer Liqa: "Arsenal"dan vacib qələbə

“El Klasiko”: “Barselona” “Real Madrid”ə qalib gələrək çempion olub

Zəngilanın strateji mövqeyi onun mühüm nəqliyyat-logistika mərkəzinə çevriləcəyini göstərir - ŞƏRH

Əlcəzair Prezidenti Fransada müstəmləkəçiliyi müdafiə edənləri sərt tənqid edib

Tramp İranın sülh sazişi layihəsinə cavabını bəyənmədiyini açıqlayıb

Tarixin canlı yaddaşı: Heydər Əliyev və Azərbaycanın arxeoloji intibahı

Bakıda Heydər Əliyevin 103-cü ildönümü tatar diasporunun iştirakı ilə qeyd olunub

Rustavidə məktəblilər Ulu Öndərin abidəsini ziyarət ediblər

Qətərdə Heydər Əliyevin 103-cü ildönümü böyük ehtiramla anılıb

WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub

Balakəndə Ulu Öndər Heydər Əliyevə sevgi və ehtiram daim sonsuz olub

Ər-Riyadda Heydər Əliyevin zəngin dövlətçilik irsi yad olunub

Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır

Qazaxda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Yaddaşın zirvəsində – Keşikçidağda mədəni irsə səyahət

Azərbaycan xalqı yeni əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoyub

Zelenski: Rusiya iki gündür genişmiqyaslı hücumlar həyata keçirmir

Lənkəranda Heydər Əliyevin əziz xatirəsi yad olunub

Braziliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Avropa Həftəsində təmsil olunub

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Aktotı Raimkulova: Azərbaycan xalqının Ümummilli Lideri Türk dünyasının qəlbində əbədi yaşayacaq

Premyer Liqa: "Neftçi"dən asan qələbə

Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Nikol Paşinyan: Qarabağ bizim deyildi

Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Deputat: Azərbaycan xalqının taleyində həlledici dönüş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

WUF13 Festivalı - Xankəndidə inklüziv şəhərlər və dayanıqlı gələcək mövzusunda panel

Qazaxıstanda hərbi aviasiyanın təlim uçuşları barədə xəbərdarlıq edilib

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər VİDEO

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər VİDEO

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib

Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb

WUF13 könüllüləri Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləşmob təşkil ediblər VİDEO

WUF13 könüllüləri Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləşmob təşkil ediblər VİDEO

Azərbaycan xalqı Ulu Öndərə olan sevgi və minnətdarlığını ifadə edir - Fəxri xiyabandan REPORTAJ VİDEO

Azərbaycan xalqı Ulu Öndərə olan sevgi və minnətdarlığını ifadə edir - Fəxri xiyabandan REPORTAJ VİDEO

Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək

Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib

Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır

Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır

Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib

Prezidentin Zəngilandakı çıxışı Azərbaycanın regionda yeni reallıqları müəyyən edən dövlət olduğunu sübut edir – ŞƏRH

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib

Şahin Bayramov: Heydər Əliyev ideyaları Azərbaycanın gələcək inkişaf yoluna bundan sonra da daim işıq salacaq

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO

Azərbaycan Ordusunun gənc əsgərləri and içiblər

Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

Səfir: Heydər Əliyev Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının banisidir

Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib

ANAMA-nın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Şamil Əliyev: Dünya hər birimizin evidir və burada müharibəyə yer olmamalıdır

Ulu Öndər Heydər Əliyevin xatirəsi Niderlandda da anılıb

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər dövlətçilik tariximizin parlaq mərhələsini təşkil edir

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Ulu Öndərin strateji hədəflərinin təzahürüdür

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Qusarda komandalararası şahmat turnirinin qalibləri mükafatlandırılıb

Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub VİDEO

Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub VİDEO

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib VİDEO

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Ağdam şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıq salınıb VİDEO

Ağdam şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıq salınıb VİDEO

SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub

Kəlbəcərdə ağacəkmə aksiyası - “Yaşıl mirasdan güclü gələcəyə”

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB VİDEO

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası VİDEO

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası VİDEO

WUF13 Festivalı Xankəndidə: Qarabağ Universitetində məlumatlandırma sessiyası VİDEO

WUF13 Festivalı Xankəndidə: Qarabağ Universitetində məlumatlandırma sessiyası VİDEO

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir VİDEO

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir VİDEO

Goranboylular Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər

Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir

Dövlətçiliyə həsr olunan ömür VİDEO

Dövlətçiliyə həsr olunan ömür VİDEO

Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub VİDEO

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

Almaniyanın Barleben şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş idman festivalı VİDEO

Almaniyanın Barleben şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş idman festivalı VİDEO

Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib VİDEO