SİYASƏT


Milli Məclisin sədri: Azərbaycan ilə Çexiya dost və tərəfdaş ölkələrdir VİDEO

Seul, 27 iyun, AZƏRTAC

Azərbaycan ilə Çexiya dost və tərəfdaş ölkələrdir, münasibətlərimiz qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Çexiya Parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşdə deyib.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin və aparılan danışıqların münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini bildirən Milli Məclisin sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda da uğurlu əməkdaşlığını sevindirici hal kimi qiymətləndirib. O.Əsədov ölkələrimizin parlamentləri arasında mövcud olan yaxşı əməkdaşlığın ikitərəfli əlaqələrə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. O, iqtisadi sahədə münasibətlərimizin daha da genişlənməsi üçün hər iki tərəfin böyük potensialı olduğunu bildirib, hökumətlərarası komissiyanın iclaslarının, biznes-forumların bu əməkdaşlığın inkişafındakı rolunu yüksək qiymətləndirib.

Azərbaycan parlamentinin sədri ilə növbəti dəfə görüşməkdən məmnunluğunu bildirən Yan Hamaçek deyib ki, həm qarşılıqlı səfərlər zamanı, həm də beynəlxalq tədbirlər çərçivəsində keçirdiyimiz mütəmadi səmərəli görüşlər ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına, habelə parlamentlərarası əlaqələrin dərinləşməsinə müsbət təsir göstərir.

Çexiyanın Azərbaycana böyük maraq göstərdiyini bildirən Y.Hamaçek münasibətlərimizin bundan sonra da davamlı inkişafına əminliyini ifadə edib, iki ölkə arasında əlaqələrin dərinləşməsinə daim səy göstərəcəyini bildirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Seul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.