SİYASƏT


Milli Məclisin sədri: Fransa Senatı sədrinin Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi yolverilməzdir

Bakı, 27 aprel, AZƏRTAC

Fransa Senatının sədri Jerar Larşenin bu günlərdə Ermənistana rəsmi səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi yolverilməzdir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Milli Məclisin sədri vurğulayıb ki, Fransa Senatı ədalətli mövqe tutsaydı, Azərbaycan torpaqlarının uzun müddət işğal altında saxlanmasına, dini və tarixi abidələrin dağıdılmasına, günahsız insanların məhv edilməsinə göz yummazdı.

Sahibə Qafarova fransalı həmkarının bu cür qərəzli mövqeyindən təəssüfləndiyini də bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.