SİYASƏT


Milli Məclisin sədri Vyanada Polşa Senatının sədri ilə görüşüb VİDEO

Vyana, 7 sentyabr, AZƏRTAC

Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də Polşa Senatının sədri Tomas Qrodzki ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Sahibə Qafarova Azərbaycanla Polşa arasında əlaqələrin inkişafından söz açıb. Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayan Milli Məclisin sədri Qafarova Azərbaycan və Polşanın bir çox sahələrdə uğurlu əməkdaşlıq münasibətlərinə malik olduqlarını qeyd edib.

Ölkəmizin Polşa ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini bildirən S.Qafarova qanunverici orqanlar arasında da münasibətlərin mövcud səviyyəsindən razılığını ifadə edib.

Görüşdə 44 günlük Vətən müharibəsindən və ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra bölgədə yaranmış yeni reallıqlardan söz açan Sahibə Qafarova həmkarının diqqətinə çatdırıb ki, 2020-ci ildə Azərbaycan öz gücü hesabına torpaqlarını Ermənistan işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. Ölkəmiz bununla da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi. Münaqişənin artıq tarixə çevrildiyini bildirən Milli Məclisin sədri ölkəmizin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin edilməsində maraqlı olduğunu, bu istiqamətdə lazımi addımları atdığını vurğulayıb. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinə başladığını diqqətə çatdırıb. Bununla belə, S.Qafarova Ermənistanın hələ də təxribatlarını davam etdirdiyini və sabitliyə mane olduğunu vurğulayaraq, işğalçı ölkə tərəfindən törədilən təxribatları həmkarının diqqətinə çatdırıb.

Polşa Senatının sədri Tomas Qrodzki parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsindən, ikitərəfli səfərlərin intensivləşməsinin vacibliyindən danışıb. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Tomas Qrodzki bölgədə sülhün və sabitliyin təmin edilməsinin vacibliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.