REGİONLAR


Milli Qurtuluş Günü Ağstafada təntənə ilə qeyd olunub

Bakı, 14 iyun, AZƏRTAC

Ağstafa Regional Mədəniyyət İdarəsi rayondakı Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə möhtəşəm bayram tədbiri təşkil edib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən rəsm və kitab sərgisinə baxıblar.

Sonra elmi-praktik konfrans keçirilib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Qurtuluşdan İntibaha” filmi nümayiş olunub.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov konfransı açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına göstərdiyi misilsiz xidmətlərdən danışıb.

Natiq Ulu Öndərin Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıtması nəticəsində dövlətimizin müstəqilliyini itirmək təhlükəsindən xilas olduğunu bildirib.

V.Qədirov ulu öndər Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan, ordu quruculuğundan, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, gənclərə dövlət dəstəyinin ən yüksək səviyyədə təmin olunmasından, xarici siyasətdə qazanılan uğurlardan və s. danışaraq bugünkü müasir, güclü Azərbaycanın onun şah əsəri olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən söz açan idarə rəisi vurğulayıb ki, istər işğal olunmuş torpaqlarımızın azad olunması, istərsə də xalqımızın taleyüklü məsələlərində dövlətimizin başçısının prinsipial mövqe nümayiş etdirməsi, Azərbaycanı sabitlik adasına çevirməsi xalqımız tərəfindən daim dəstəklənir və təqdir olunur.

Digər çıxış edənlər Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının təbliğində mərkəzlərin gördüyü işlərdən söz açıblar.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.