Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Milli Teatrımızın 150 illik yubileyinin qeyd olunması böyük mədəniyyət hadisəsidir

Milli Teatrımızın 150 illik yubileyinin qeyd olunması böyük mədəniyyət hadisəsidir

Bakı, 10 mart, AZƏRTAC

Bu gün Milli Teatr Günüdür. Bu il Milli Teatr Günü həm də peşəkar milli teatrın yaranmasının 150-ci ildönümü ilə əlamətdardır. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.

Peşəkar milli teatrın yaranmasının 150-ci ildönümü ilə əlaqədar AZƏRTAC-ın əməkdaşları teatr sənətimizin bir sıra tanınmış simaları ilə həmsöhbət olub.

Milli Teatrımızın 150 illik yubileyinin qeyd olunmasını böyük mədəniyyət hadisəsi adlandıran Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib: “Mən öz adımdan, teatr xadimləri adından bu böyük tarixi qeyd etmək üçün Sərəncam imzaladığına görə dövlətimizin başçısına təşəkkürümü bildirirəm. Hamımız bu Sərəncamı böyük sevinclə qarşıladıq. Əlbəttə, Sərəncamda göstərilən kimi teatrımızın 150 illik yubileyi uğurla qeyd olunacaq, gözəl hadisələrlə yadda qalacaq: “Azərbaycan teatrı ağır, amma şərəfli yol keçib. Bu yolda itkilərimiz də çox olub, uğurlarımız da. Əsas odur, teatr sənəti bu gün yaşayır, uğurla inkişaf edir. Gənclərə həmişə qayğı göstərilir. Azərbaycan teatrının gələcəyi əmin əllərdə olacaq. Çünki dövlətimiz bu sahəyə həmişə diqqət və qayğı göstərib. Bu qayğı, bu uğurlar təkcə hazırlanan tamaşalarla olmayıb. Biz Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi diqqət-qayğısını həmişə hiss etmişik. Məsələn, aktyorlara, rejissorlara fəxri adlar verilib, onlara təqaüd ayrılıb, onlar mənzillə təmin olunublar. Bu qayğı, teatra bu böyük məhəbbət Ulu Öndər Heydər Əliyevin unudulmaz mirasıdır ki, bu gün də davam edir”.

Xalq artisti, “Şöhrət” ordenli professor İlham Namiq Kamal deyib ki, Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı teatr ictimaiyyətinə ən böyük bayram hədiyyəsidir. Bu 150 illik yubileydə özünün də yarım əsrlik payının olduğunu qeyd edən Xalq artisti deyib: “Bu il ölkəmizdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşa təqdimatları davam edir. Bütün bunlar çox sevindiricidir. Ulu Öndər hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd olunması haqqında” Sərəncam buna bariz nümunədir. Sərəncamda qeyd olunduğu kimi “Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycan teatrının 100 illik yubileyinin qeyd olunması diqqətəlayiq mədəniyyət hadisəsinə çevrilmiş və teatrımızın çiçəklənməsinə yeni stimul vermişdir”. Bu həqiqətdə belə idi. Teatrın yubiley bayramı sənətin inkişafı deməkdir. Qalib ölkənin rəhbəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı biz - teatr xadimlərini çox sevindirir. Teatrımızın gələcəkdə milli köklərdən və dünya teatr təcrübəsindən bəhrələnərək beynəlxalq arenada daha mükəmməl şəkildə öz sözünü deyəcəyinə çox inanıram. Ölkə rəhbərinin imzaladığı Sərəncamın teatr xadimlərinin yaradıcılığına çox böyük ruh yüksəkliyi verəcəyinə də əminəm”.

Əməkdar artist Şövqi Hüseynov qeyd edib ki, əsası 1873-cü il martın 10-da Bakıda “Lənkəran xanının vəziri” komediyası ilə qoyulan Azərbaycan teatrı bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin Milli Teatr Gününün təsis edilməsi və teatrın 150 illiyinin qeyd olunması ilə bağlı sərəncamları bu yeni mərhələnin əsasını təşkil edir. Azərbaycan teatrı həmişə cəmiyyətin mədəni tərəqqisinə xidmət edib və buna nail ola bilib. Milli teatrımız uzun və şərəfli tarixi yol keçib, postsovet məkanında ən yaxşılardan olub. Azərbaycan teatrının yetirmələri müstəqillik illərində qonşu dövlətlərin, xüsusilə qardaş Türkiyənin teatrlarının inkişafında və teatr tədrisində müstəsna rol oynayıblar.

O bildirib ki, son 30 il ərzində Azərbaycanda teatr sənəti daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub, dünyada daha çox tanınıb, beynəlxalq səhnələri fəth edib. “Qürurla demək istəyirəm ki, mən də bir aktyor kimi milli teatrınızı dünya səhnələrində, beynəlxalq festivallarda şərəflə təmsil edirəm və hər bir alqışla, təriflə, mükafatla ölkəmin adını ucaltdığıma görə fəxr edirəm. Fəxr edirəm ki, mən məhz Azərbaycan səhnəsinin yetirməsiyəm”, - deyə Əməkdar artist qeyd edib.

Dövlətimizin başçısının Azərbaycan peşəkar milli teatrın yaradılmasının 150 illik yubileyi ilə bağlı imzaladığı müvafiq Sərəncamı dövlətin teatr sənətinə olan diqqətinin ifadəsi kimi dəyərləndirən Şövqi Hüseynov Azərbaycan teatrının dünya səhnəsində daha intensiv təmsil olunacağını inamını ifadə edib.

Teatrı həyatının ayrılmaz bir hissəsi hesab edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədzadə bildirib ki, bu sənət onun üçün hər şey deməkdir: “Azərbaycan teatrının mövcudluğu şübhəsiz cəfakeş sənət fədailərinin hesabına mümkün olub. Onların bu sənətin inkişafı naminə gördükləri işlər heç də hədər getmədi. Məhz bizim böyük korifey sənətkarların çəkdikləri cəfalar hesabına bu gün Azərbaycan teatrı yaşayır və daim yaşayacaqdır”.

Teatra dövlət qayğısından danışan aktrisa deyib ki, pandemiyadan sonra sənət ocaqları yeni inkişaf yoluna qədəm qoyub. Hazırda teatrlarda yeni əsərlər səhnəyə qoyulur və böyük maraqla qarşılanır. Belə əsərlərdən də biri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunan “Kod adı V.X.A” tamaşasıdır: “Bu tamaşa bir daha sübut edir ki, teatra maraq heç də azalmayıb, əksinə daha da çoxalıb. Bir sözlə, teatr da var, teatrın aktyoru da”.

Peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını ölkə başçısının teatra və teatr fədailərinə sevgi və diqqətinin təzahürü kimi dəyərləndirən Əməkdar artisti Rəhman Rəhmanov deyib ki, bu qayğı, teatrda çalışanların sevincinə şərik olmaq bizləri stimullaşdırmaqla yanaşı, yaradıcılıq əzmimizi də artırır.

R.Rəhmanov deyib ki, son 30 il ümumən milli teatrımızın inkişafında xüsusi yer tutur. Çünki bu müddətdə Azərbaycanda teatr sənəti daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub, saysız beynəlxalq teatr festivallarına qatılaraq milli səhnə sənətimizin şöhrətini ölkəmizin sərhədlərindən kənarda da göstərib. Dünyada daha çox tanınıb, beynəlxalq səhnələri fəth edib. Bu işdə teatrın inkişafı ilə bağlı müvafiq Dövlət proqramının böyük rolu oldu. Təsadüfi deyil ki, proqram sayəsində əksər teatr binaları əsaslı təmir-bərpa olundu, onların maddi-texniki bazaları möhkəmləndirildi, dünya standartları səviyyəsinə qalxdı.

“Biz dövlət başçımızın daimi diqqət və qayğısı ilə əhatə olunduq. Ümumən teatrın mədəniyyət siyasətimizin vacib istiqaməti kimi daim ön planda olması biz teatr təmsilçilərini çox sevindirir. Bunun davamı olaraq dövlətimizin başçısının Azərbaycan peşəkar milli teatrın yaradılmasının 150 illik yubileyi ilə bağlı Sərəncam imzaladı. Bu özlüyündə teatrımızın gələcək inkişaf strategiyasını müəyyən etməklə yanaşı, teatrın dövlətimizin mədəniyyət siyasətində tutduğu əhəmiyyətli yerin göstəricisinə çevrildi”,- deyə Əməkdar artist Rəhman Rəhmanov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO