MƏDƏNİYYƏT


Milli himnimiz xarici musiqiçilərin ifasında VİDEO

Bakı, 28 may, AZƏRTAC

Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və sədri, həmyerlimiz Cəmilə Cavadova-Spitsberq bir sıra ölkələrdən olan orqan ifaçıları və dostları ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə ölkəmizin milli himnini ifa ediblər.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müəllifi Üzeyir Hacıbəyli olan milli himnimizin musiqisi Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Tahirə Yaqubova tərəfindən orqan aləti üçün köçürülüb işlənilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.