REGİONLAR
Milli intellektual oyun üzrə yeniyetmələr arasında Qax rayon birinciliyinə yekun vurulub
Qax, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında Qax rayon birinciliyinə yekun vurulub.
Bu barədə AZƏRTAC-a rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Birinciliyin final mərhələsində 16 komandanın tərkibində 80 məktəbli öz intellektual biliyini nümayiş etdirib. Yekun nəticələrə əsasən, Qax şəhər 2 nömrəli tam orta məktəbin “28 May” komandası birinciliyin qalibi adını qazanıb. Sonrakı yerləri Zərnə kənd və şəhər 3 nömrəli tam orta məktəblərin komandaları tutublar.
Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən bu yarışlar Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, gənclər arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də onların asudə vaxtlarının mənalı və səmərəli təşkilinə kömək məqsədi daşıyır.