Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli kinomuzun ilk qadın aktrisası-İzzət Orucova

İzzət Orucovanın anadan olmasından 108 il ötür

Bakı, 16 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Ölkəmizdə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün “Sevil”i ilə gətirdi və baş qəhrəman rolunda çox gənc bir qızı - İzzət Orucovanı gördü. Beləliklə İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol aldı. O, ilk azərbaycanlı qızı olaraq, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olub.

Bu qadın Azərbaycanın ilk kino aktyoru olmaqla yanaşı, həm də ikinci xanım akademikidir. İlk xanım akademik Validə Tutayuq 1968-ci ildə AMEA-nın həqiqi üzvü-akademiki olub. Ondan 4 il sonra İzzət xanım da bu ali elmi dərəcəyə layiq görülüb. Kimyaçı akademikin həyatı həm də müəyyən dərəcədə acılarla, məşəqqətli günlərlə dolu olub.

İlk dəfə kinoda - Cəfər Cabbarlının tövsiyəsi ilə

İzzət Orucova öz aktrisalıq karyerasını və “Sevil” filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini vaxtilə xatirələrində belə təsvir edib:

“Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi:

- Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın.

Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı. Film 1929-cu ildə ekranlara buraxıldı. Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da filmi tamaşaya gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”.

İzzət Orucova o zaman 20 yaşında, gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı üçün sevinib. Kinoşünas Aydın Kazımzadə xatirələrində həmin hadisəni bu cür nəql edir:

-“Sevil” filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarıb. Günlərin birində o, “Təyyarə” kinoteatrında bu qızla rastlaşıb. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görüb. Tanımadığı qızın arxasınca düşüb, harada yaşadığını müəyyənləşdirib. İsmayıl Hidayətzadəni götürüb onlara gedib. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə, şübhəsiz, razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar, amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü xəbərsiz çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi... Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alıb. O, bir şərtlə razılıq alıb ki, hər gün qızı faytonla evindən götürüb məşqə aparacaq və faytonla da geri gətirəcəkdi”.

Həmin filmdə başqa maraqlı hadisələr də yaşanıb. Cəfər Cabbarlı çəkiliş zamanı hər an, hər dəqiqə İzzətin yanında olub. Xoşbəxtlikdən bu filmin bütün çəkilişləri C.Cabbarlının iştirakı ilə baş verib. Bəzi epizodlar barədə İzzət xanım öz xatirələrində yazıb və insanlara da danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cəfər Cabbarlı çadranı öz başından açıb onu Balaşın sifətinə çırpırmış... Cəfər Cabbarlı dediyi sözə əməl edib. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verib. Film çəkilib və ekranlara çıxanda böyük uğur qazanıb. Bundan ruhlanan Cəfər Cabbarlı “Almaz”ın da ssenarisini yazıb. Baş rola da yenə İzzət xanımı təsdiq etdirib. Amma amansız ölüm böyük sənətkarı aramızdan tez aparıb. Filmin çəkilişlərini onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdiriblər. Ölümünün bir illiyində film ekranlara çıxıb.

Ağır repressiya təhlükəsi, 1937-ci ilin qara kabusu

O zaman aktyor sənətinə qəti aid olmayan bir xanım “Sevil” və “Almaz” filmlərində uğur qazanmasından sonra ulduzu parlasa da, çox keçmədən sənət karyerasını başa vurmalı olub. O dövrdə heç kim bilmirdi ki, 1929-cu ildə Sevil obrazını canlandıran və uğurlu rolu ilə bütün xanımların (hətta öz anasının belə) çarşabını yerə atmasına səbəb olan aktrisa 1937-ci ildə müəyyən mənada Sevilin taleyini yaşayacaq. Həyat yoldaşı - həkim və dövrünün tanınmış ziyalısı, Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan və millətçilik ruhuna sahib olan Mövsüm İsmayılov güllələnmədən möcüzəli şəkildə xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb təcili şəkildə İzzət xanımdan boşanır. Səbəb isə yeni ailə qurduğu həyat yoldaşının və bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur. Əks halda onlar da 1937-ci ildə başqa repressiya qurbanlarının arvad-uşaqları kimi uzaq Sibirə sürgün olunacaqdılar. Lakin bu, baş vermir. İzzət xanım ömrünü yeganə övladına və elmi fəaliyyətə həsr edərək sənətdən ayrılır.

Azərbaycanın ilk xanım neft mühəndisi

İzzət Orucova 1932-1959-cu illərdə V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləyib, 1959-1967-ci illərdə həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri, 1967-1997-ci illərdə Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1971-1983-cü illərdə isə Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri vəzifələrində çalışıb.

Onun əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında yaxından iştirak edib. O, fəaliyyəti dövründə alim olmaqla kifayətlənməyib, yüksək ixtisaslı kadrlar hazırlanmasında adını Akademiyanın tarixinə qızıl hərflərlə yazdıra bilib.

Sonuncu iş yeri AMEA-nın Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri olub. Hətta indi də, bəzi zavodlarda İzzət Orucovanın kəşf etdiyi üsullar tətbiq olunur və belə üsullara görə xeyli alimlər vaxtilə yüksək mükafatlar alıblar.

Milli kinomuzun ilk qaranquşu Sevil AMEA-nın akademiki oldu

1972-ci ildə İzzət Orucovanın elmdə ən yüksək elmi dərəcə - akademik adını alması həqiqətən də çoxlarının təəccübünə səbəb olub. Çoxları inanmır ki, İzzət xanım Cəfər Cabbarlının hər gün kino çəkilişindən sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda “Nizami” metro stansiyasının qarşısındakı “Azad qadın” heykəlinin prototipi olan bir xanım olub. Onların buna inanmamağının da əsas səbəbi İzzət Orucovanın elm sahəsində məhsuldar gördüyü işlər olub. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarının istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olub. 1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib, o cümlədən dörd dəfə deputat seçilib.

Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib. Akademikin ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub. O, dövrünün ən nüfuzlu ordenləri və bir sıra medalları ilə təltif edilib.

İzzət Orucova 1983-cü il aprelin 22-də 73 yaşında dünyasını dəyişib. Amma o, hər gün öz xalqının azad qız gəlinlərini salamlayır, onlara xeyir-dua verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sistemi genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmilərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb