İDMAN


Millimiz İrlandiya, Rusiya və Rumıniya yığmaları ilə qarşılaşacaq

Bakı, 7 dekabr, AZƏRTAC

İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin püşkü atılıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, yığmamız bu mərhələdə İrlandiya, Rusiya və Rumıniya komandaları ilə eyni qrupda mübarizə aparacaq. Elit-raundun oyunları 2019-cu il martın 20-dən 26-dək Rusiyada keçiriləcək.

Xatırladaq ki, U-19 Tbilisidə təşkil olunan seçmə mərhələ oyunlarında İsrail, Gürcüstan və Lixtenşteyn komandalarının yer aldığı qrupda 6 xal toplayaraq elit-raunda vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.