İDMAN


Millimiz yoxlama oyununda heç-heçə edib

Millimiz yoxlama oyununda heç-heçə edib

Bakı, 29 mart, AZƏRTAC

Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “Şamaxı”nın U-19 komandası ilə oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin qolunu 43-cü dəqiqədə Ümid Səlimov vurub.

Qeyd edək ki, U-17 hazırlıq çərçivəsində ilk oyununu “Qarabağ”ın U-19 komandasına qarşı keçirmiş və 3:1 hesablı qələbə qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.