İDMAN


Millimizin Avstriya yığmasına qarşı keçirəcəyi səfər oyununa maraq böyükdür

Millimizin Avstriya yığmasına qarşı keçirəcəyi səfər oyununa maraq böyükdür

Bakı, 15 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan millisinin “Avro-2024”ün seçmə mərhələsində Avstriyaya qarşı keçirəcəyi səfər oyununa maraq böyükdür.

AZƏRTAC xəbər verir ki, qarşılaşma üçün biletlərin hamısı satılıb. Bu barədə Avstriya Futbol Assosiasiyasının saytı məlumat yayıb. “Raiffeisen Arena”da keçiriləcək oyun üçün 17 min bilet satışa çıxarılıb. Bir neçə saat ərzində biletlərin hamısı bitib.

Qeyd edək ki, martın 24-də keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.