CƏMİYYƏT


Minatəmizləmə əməliyyatlarını həyata keçirəcək qadın qrupları yaradılacaq

Minatəmizləmə əməliyyatlarını həyata keçirəcək qadın qrupları yaradılacaq

Şuşa, 7 fevral, AZƏRTAC

Minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qrupları yaradılacaq. Biz bu layihəyə “Heç kəs kənarda qalmasın" prinsipinə sadiqliyimizi nümayiş etdirmək məqsədilə başlayırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin İnkişaf Proqramının (BMT İP) Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros söyləyib.

O deyib: "Bu layihə BMTİP üçün vacibdir. Çünki o, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməklə yanaşı, həm də Azərbaycanda minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qruplarının yaradılmasına töhfə verəcək. Bu, həmçinin qadınların humanitar minatəmizləmə kimi mühüm fəaliyyətlərə cəlb olunmalarını təmin edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.