REGİONLAR
Mingəçevir Dövlət Universitetində “Açıq havada kitabxana” təşkil edilib
Bakı, 24 may, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Kitabxanasının təşkilatçılığı ilə ikinci tədris binasının həyətində tələbələr və orta məktəb şagirdləri üçün “Açıq havada kitabxana” adlı sərgi keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə MDU-nun bir qrup akademik heyət üzvü və tələbələri, Mingəçevir şəhər Nəriman Nərimanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri iştirak ediblər.
MDU əməkdaşlarının müəllifi olduqları dərsliklərin, xarici dildə uşaq ədəbiyyatlarının, pedaqogika və mühəndislik yönümlü kitabların nümayiş etdirildiyi sərgi tələbə və şagirdlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələr arasında kitaba marağın artırılması və mütaliənin təbliğ edilməsi, onların universitetin kitabxanasından daha fəal faydalanmaları məqsədilə belə sərgilərin keçirilməsinə xüsusi önəm verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:11]
Balakəndə Novruz bayramı qeyd olunub
- 19.03.2024 [16:59]
AFAQ layihəsi çərçivəsində Zəngilanda qadın fermerlərə dəstək göstərilib
- 19.03.2024 [16:56]
Gəncədə güclü yağış fəsadlara səbəb olub
- 19.03.2024 [16:41]
Naxçıvanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
- 19.03.2024 [16:27]
Füzuli şəhərində İlaxır çərşənbə qeyd olunub FOTO VİDEO
- 19.03.2024 [15:56]
Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub
- 19.03.2024 [14:58]