REGİONLAR
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək
Mingəçevir, 1 iyun, AZƏRTAC
2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari il iyulun 16-dək hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunacaq.
Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə biləcəklər.
İlk “Açıq qapı” günü iyunun 4-də keçiriləcək.
Görüşlərə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.