REGİONLAR


Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Bakı, 3 iyul, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin iyunun 1-də başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.

MDU-dan AZƏRTAC-a bildirilib ki, iyunun 28-dən iyulun 1-dək davam edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 79 qrup üzrə 1463 tələbə ümumilikdə 79 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99,5 faiz olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.

Sözügedən imtahan günlərində magistratura səviyyəsində 14 qrup üzrə ümumilikdə 14 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100 faiz olub.

Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahı, “Qaynar xətt” və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Müntəzəm olaraq hər həftə keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırılır.

Universitetdə yaz semestrinin imtahan sessiyası cari il iyulun 5-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.