CƏMİYYƏT


Mingəçevir sakinindən odlu silah götürülüb

Bakı, 21 iyul, AZƏRTAC

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər sakini Xətai Rüstəmovun qanunsuz odlu silah gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs özünə məxsus “Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.