CƏMİYYƏT
Mingəçevirdə dəfələrlə məhkumluq həyatı yaşayan şəxsdən heroin aşkarlanıb
Bakı, 22 iyul, AZƏRTAC
Mingəçevirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs şəhər polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəxs - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Mingəçevir şəhər sakini Vüsal Mirzəyev əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı həmin şəxsdən heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Narkotik vasitə aludəçisi olan V.Mirzəyevin yaşadığı ünvanda qonşuların və ailəsinin narahatlığına, həmçinin məişət səs-küyünün yaranmasına səbəb olan hərəkətlərə dəfələrlə yol verdiyi müəyyən edilib. Onun barəsində DİN-in 102 - Zəng Mərkəzinə, eləcə də şəhər polis şöbəsinə şikayətlərin daxil olduğu müəyyənləşdirilib.