REGİONLAR
Mingəçevirdə dörd yaşayış massivində 11,9 kilometr yol yenidən qurulub VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
Mingəçevir şəhərində 4 yaşayış massivində 11,9 kilometr yol yenidən qurulub.
Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, əsasın tikintisi işləri görülüb, yeni suötürücü borular inşa olunub.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olan hissələrdə yolun asfaltlanması işləri də aparılıb. Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə verilib.