CƏMİYYƏT


Mingəçevirdə evdən oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 15 oktyabr, AZƏRTAC 

Mingəçevir Şəhər Polis Şöbəsinə mənzillərdən birindən dəyəri 600 manat olan istilik sistemlərinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Mingəçevir şəhər sakinləri Sadiq Mehdiyev və əvvəllər də oğurluğa görə məhkum olunmuş Bəhruz Səmədov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Saxlanılan şəxslər oğurladıqları istilik sistemlərini metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.