CƏMİYYƏT


Mingəçevirdə polis əməkdaşına bıçaqla xəsarət yetirən şəxs yaxalanıb

Bakı, 3 oktyabr, AZƏRTAC 

Oktyabrın 2-də saat 19 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşı, polis mayoru R.Məmmədov 20 Yanvar küçəsində ictimai qaydanı pozan iki nəfərə yaxınlaşaraq onları intizama dəvət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan biri tabeçilik göstərməyərək R.Məmmədova bıçaqla yüngül xəsarət yetirib. Sonra hər iki şəxs hadisə yerini tərk ediblər.

R.Məmmədov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Polis əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sadıqov və onunla birgə olan həmyerlisi N.İsmayılov Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.