REGİONLAR


Mingəçevirli məktəbli: Novruz bayramı günlərində ikiqat sevinc yaşadıq

Lənkəran, 24 mart, Bağır Əliyev, AZƏRTAC

Novruz bayramı günlərində Lənkəranda ikiqat sevinc yaşadıq. İnsanlarda yüksək bayram əhval-ruhiyyəsi var.

Bunu “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Azərbaycanın cənub bölgəsində səfər edən Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin IX sinif şagirdi Bəsti İsmayılova AZƏRTAC-ın bölgə müxbirinə bildirib.

Bəsti İsmayılova deyib: “İki gün ərzində Lənkəranın tarixi və mədəniyyət abidələri, rayonun sosial-iqtisadi inkişafı ilə bərabər, buranın özünəməxsus adət-ənənələri, xalq tətbiqi sənəti nümunələri, milli mətbəxi, bayram mərasimləri ilə də yaxından tanış olduq. Bütün bunlar məni çox sevindirir. Novruz bayramı günlərində çox gözəl istirahət etdik, həm də biliklərimizi artırdıq. Həqiqətən də ölkəmizin hər bir guşəsi çox gözəldir, hər rayonun özünəməxsus adət-ənənələri, tarixi məkanları, təbiəti var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.