Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Minnətdarlıq məktubları: Cənab Prezident, Siz xalqa arxa-dayaq olduğunuz kimi, xalq da hər zaman Sizinlədir

Minnətdarlıq məktubları: Cənab Prezident, Siz xalqa arxa-dayaq olduğunuz kimi, xalq da hər zaman Sizinlədir

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Salyan rayonundan həkim Aygün Salmanova yazır: “Möhtərəm cənab Prezident, bütün bəşəriyyətin ağır pandemiya ilə mübarizə apardığı bir dövrdə Sizin insanların sağlamlığının qorunmasına göstərdiyiniz diqqət və qayğı yüksək insani keyfiyyətlərinizin, mənəvi zənginliyinizin bariz nümunəsidir. Dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər təbii ki, Sizin adınızla bağlıdır və Sizin təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının Prezidenti olduğunuzu sübut edir. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ağır nəticələrindən xilas etməkdədir. Mən həkimlik borcumu yerinə yetirmək üçün Astara və Masallı rayonlarına ezam olunmuş həkim kimi, virusa yoluxmuş xəstələri müalicə edən zaman Sizin biz həkimlərə və xəstələrə göstərdiyiniz diqqətin, qayğının bir daha şahidi oldum. Bununla yanaşı, pandemiyanın dünyanın ən inkişaf etmiş ölkələrinə belə böyük faciə yaşatdığını da müşahidə etdik. Lakin Sizin uzaqgörənliyiniz, çevik və vaxtında həyata keçirdiyiniz tədbirlər sayəsində ölkəmiz bütün dünyaya virusla ən uğurlu mübarizə modellərindən birini göstərdi. Bu, bir vətəndaş və bir həkim olaraq məni sevindirməyə bilməz. Bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident. Allah Sizi qorusun!”.

Yardımlı rayonunun Qabaqdibi kəndindən Rüfət Sarıyev: “Hörmətli cənab Prezident, hazırda dünyamız böyük çətinliklə üzləşmişdir. Bütün dünya ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparır. Bir sıra ölkələrdə vəziyyət çox acınacaqlı olduğu halda, Azərbaycan vətəndaşı nisbətən rahat yaşayır. Sağlamlığımızı düşündüyünüzə, qayğımıza qaldığınıza görə Sizə təşəkkür edirik. Bir Azərbaycan vətəndaşı kimi daim Sizin siyasətinizi və apardığınız islahatları dəstəkləyirik və Sizinlə qürur duyuruq. Allahdan Sizə uzun və sağlam ömür arzulayırıq”.

Sumqayıt şəhərindən şagird Kənan Mahmudlu: “Möhtərəm cənab Prezident, mən təbiət elmləri təmayüllü gimnaziyanın 6-cı sinif şagirdiyəm. Hazırda dünyanı sarsıdan koronavirus bəlası Azərbaycanda da yayılmışdır. Hörmətli Prezidentim, Sizin uzaqgörənliyiniz sayəsində bu bəlanın fəsadları ölkəmizdə minimum səviyyəyə endirildi. Əhalinin sağlamlığının qorunması və xalqımızın bu bəladan daha az itkilərlə qurtulması istiqamətində mühüm işlərinizə görə sinfimizin şagirdləri adından Sizə dərin minnətdarlığımı bildirirəm”.

Bakının Yasamal rayonundan Rəmzi Dədəkişiyev: “Hörmətli cənab Prezident, Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin. 1993-cü ildə xalqımızı böyük bəladan xilas etdi. Siz Ulu Öndərin yolunu layiqincə davam etdirirsiniz. Pandemiya dövrü bunu bir daha sübut etdi. Sizin müdrik qərarlarınız və məqsədyönlü addımlarınız sayəsində xalqımızın koronavirusdan müdafiəsi etibarlı şəkildə təmin olunmaqdadır. Biz xalq olaraq keçmişi də görmüşük, bu günü də görürük. Əlbəttə ki, fərq çox böyükdür. Ölkəmizdə 1990-cı illərin əvvəllərində hökm sürən xaosu, özbaşınalığı, aclığı indi tərəqqi, inkişaf, yüksək rifah əvəzləyib. Cənab Prezident, Siz xalqa arxa-dayaq olduğunuz kimi, xalq da hər zaman Sizinlədir. Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Beyləqan rayonunun sakinləri Mircəfər İsmayılov, Yasəmən Hüseynova, Cəfər Cəfərov və Mansır Kərimov yazırlar: “Hörmətli cənab Prezident, Sizin prezidentliyiniz dövründə Azərbaycan böyük uğurlar əldə etmiş, çətinliklərin öhdəsindən mətinliklə gəlmişdir. Cəbhə bölgəsində yaşayan məcburi köçkünlər olaraq inanırıq ki, Sizin dəstəyinizlə koronavirus epidemiyasına da qalib gələcəyik. Sizin tapşırığınızla yaşı 65-dən yuxarı olan vətəndaşlara, o cümlədən sosial baxımdan həssas ailələrə xüsusi qayğı göstərilməsi, ərzaq yardımlarının verilməsi, karantin dövründə 190 manat məbləğində pul vəsaitinin ödənilməsi sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, xalqımız Sizə arxalanır və güvənir. Çünki ataların bir məsəli var: “Gördüyünü qoyub, görəcəyə getmə”. Sizin gördüyünüz işlər göz qabağındadır. Allah uğurlarınızı daha da bol eləsin!”.

İmişli rayonunun Yuxarı Qaralar kəndinin sakini Şəmsiyyə Rahmanova: “Hörmətli cənab Prezident, mən bir Azərbaycan vətəndaşı, gənc nəslin nümayəndəsi və dövlət qulluqçusu kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. Azərbaycan gənci kimi dünyada, eləcə də ölkəmizdə gedən prosesləri yaxından izləyirəm. Fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm. Hələ koronavirus infeksiyasının dünyanı bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu. Sizin bütün qərarlarınızla həmrəyik. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Biz hər zaman, eləcə də pandemiya dövründə Sizin dəstəyinizi öz üzərimizdə hiss edirik. Biz Sizi və fəaliyyətinizi dəstəkləyir və Sizə güvənirik. Xoşbəxt xalqıq ki, ölkəmizin Sizin kimi Prezidenti var. Sizə minnətdarıq, cənab Prezident”.

Bakı şəhərindən Mehriban Mirzəyeva: “Möhtərəm cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyünüz bütün işləri alqışlayır, yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, insanların sağlamlığının qorunması məqsədilə Sizin tapşırığınızla hər bir vətəndaşa hər cür yardım göstərilir. Gördüyünüz bu işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız. Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Biz Sizinlə fəxr edirik. Allah Sizi, ailənizi və xalqımızı qorusun!”.

Saatlı rayonunun Çolpı kəndindən Vaqif İbrahimov: “Möhtərəm cənab Prezident, Sizə öz adımdan və qohumlarımın adından təşəkkürümüzü bildirirəm. Koronavirusun dünyada yayıldığı bir vaxtda Siz qısa müddətdə xəstəxanalar inşa etdirərək tam hazır vəziyyətdə xalqımızın istifadəsinə verdiniz. Maska istehsalı fabrikinin açılması, şəhər və rayonlarda mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, işsiz vətəndaşlara yardımların verilməsi Sizin çevik və zəruri tədbirlərinizin nəticəsidir. Bütün bunların hesabına Azərbaycanda kütləvi yoluxmanın qarşısı alınmışdır. Sevindirici haldır ki, digər ölkələr Sizin iş prinsipinizdən örnək götürür. Biz Sizinlə fəxr edirik. Siz Azərbaycan xalqının dayağı olduğunuz üçün Allah Sizə hər zaman dayaq olsun! Sizin bu iş prinsipinizi gördükdə ulu öndər Heydər Əliyevin 1980-ci ildə Sabirabad rayon zəhmətkeşləri qarşısında çıxış edərkən söylədiyi sözləri xatırladım. Ulu Öndər o vaxt demişdi: “İnsanda istək olanda, arzu olanda, iradə olanda qarşıda duran hər bir çətinliyə nail olmaq olar”. Bəli, bu istəyi Sizdə gördük. Sizin işlərinizə “əhsən” deyirik. O gün olsun ki, işğal edilmiş torpaqlarımız sülh yolu ilə azad olunsun, növbəti təşəkkür məktubunu da onda yazaq. Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, gələcək işlərinizdə yeni-yeni uğurlar, ailə səadəti, xoşbəxtlik arzulayırıq”.

Şirvan şəhərindən Fəridə Yahyayeva: “Hörmətli cənab Prezident, koronavirus infeksiyasına qarşı həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü tədbirlərə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına və sağlamlığının qorunmasına görə verdiyiniz düşünülmüş qərarlara görə Sizə ailə üzvlərimizin adından və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Çünki biz görürük ki, Azərbaycan xalqının yaxşı güzəranı və gözəl gələcəyi Sizin üçün ən ümdə məsələdir. Məhz verdiyiniz operativ qərarlar göstərdi ki, digər ölkələrlə müqayisədə ölkəmiz bu infeksiyadan az zərərlə çıxmağı bacarır. Cənab Prezident, mən böyük qürurla deyə bilərəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı qarşılaşdığı bu bəladan tezliklə qurtulacaq və narahatlıq keçirdiyimiz çətin günlər arxada qalacaqdır. Siz olduqca şərəfli və çətin bir yoldasınız. Azərbaycan xalqı Sizi sevir, dəstəkləyir və verdiyiniz hər bir qərarın arxasında durur. Bir daha ölkəmizin sağlam gələcəyi və inkişafı naminə gördüyünüz işlərə və yorulmaz fəaliyyətinizə görə Sizə minnətdaram. Sizə möhkəm cansağlığı diləyirəm. Tanrı Sizi və ölkəmizi qorusun!”.

Quba şəhərindən Sahilə Ağasiyevanın məktubunda deyilir: “Hörmətli cənab Prezident, son aylarda bəşəriyyətin bəlasına çevrilən COVID-19-la bütün dünya mübarizə aparır. Belə bir vaxtda Siz xalqa müraciət etməklə bir daha bizimlə - xalqla birlikdə olduğunuzu isbat etdiniz. Bildirmək istəyirəm ki, Sizin həyata keçirdiyiniz bütün qabaqlayıcı tədbirləri ürəkdən bəyənirik. Azərbaycanın bütün bölgələrində vətəndaşlarımızın sağlamlığının qorunması naminə görülən tədbirlər uğurla davam etdirilir. Biz bilirik ki, pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində atılan hər bir addım mühüm strateji əhəmiyyət kəsb edir və baş verə biləcək fəsadların aradan qaldırılmasına yönəldilib. Artıq xalqımız bu bəlanın ciddiliyini Sizin tövsiyələriniz sayəsində daha dərindən anlayaraq dərk edib. Cənab Prezident, Sizin sözünüzlə desək, “Biz birlikdə güclüyük!”. Xalqımızın rifahı və sağlamlığı naminə atdığınız bütün addımlarınızı dəstəkləyir, Sizin rəhbərliyinizlə ölkəmizin işıqlı və gözəl gələcəyinə əminliyimi ifadə edirəm. Ulu Tanrıdan Sizə uzun ömür və cansağlığı arzu edirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezidenti İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir