SİYASƏT


Minsk qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə dair birgə bəyanat yayıblar

Vyana, 7 dekabr, AZƏRTAC 

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təşkilatın Vyanada keçirilən 24-cü Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan birgə bəyanatla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, bəyanatda həmsədr ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Helsinki Yekun Aktının prinsipləri əsasında həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq ediblər.

Həmsədr ölkələr Azərbaycan və Ermənistan prezidentləri arasında yüksək səviyyəli dialoqun bərpasını, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin Vyanada keçirilən görüşünü alqışladıqlarını bildiriblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.