MƏDƏNİYYƏT


Mirbəhram Əzimbəylinin şeirləri İran ədəbiyyat portalında

Bakı, 5 iyul, AZƏRTAC

İranın populyar “qalampress.ir” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Mirbəhram Əzimbəylinin fars dilinə tərcümə olunmuş “Anama şeir”, “Özüm kimi” şeirlərinin yayımına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin fars dilinə tərcümə müəllifi – fars dili mütəxəssisi Əli Şükrüdür.

Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən portal ədəbi əsərlərlə yanaşı, dünya ədəbi-mədəni prosesi və hadisələri ilə bağlı məlumat və məqalələri işıqlandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.