DÜNYA


Misir Səhiyyə Nazirliyi dəmir yolu qəzasında ölənlərin sayını dəqiqləşdirib

Qahirə, 18 aprel, AZƏRTAC

Misirin Qalubiyyə vilayətində Qahirə-Mansura marşrutu ilə hərəkət edən sərnişin qatarının 4 vaqonunun relsdən çıxması nəticəsində azı 11 nəfərin həlak olduğu, 98 sərnişinin yaralandığı bildirilir.

AZƏRTAC xəbər verir ki, ölənlərin sayı ilə bağlı son məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb.

Sərnişinlərdən bir neçəsi relsdən çıxan vaqonların altında qalıb. Onların xilas edilməsi üçün əraziyə xilasetmə briqadası cəlb olunub. Misirin səhiyyə naziri Halə Zayid hadisə yerinə gəlib. O bildirib ki, qəza yerinə 57 təcili tibbi yardım maşını göndərilib və yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Bu, Misirdə son bir ay ərzində baş verən üçüncü qatar qəzasıdır.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.