İDMAN


Misir futbol üzrə Afrika Millətlər Kubokunun finalına hazırlaşır

Əddis-Əbəbə, 14 mart, AZƏRTAC

Bu il Misirdə keçiriləcək futbol üzrə Afrika Millətləri Kubokunun final mərhələsinin başlanmasına 100 gün qalır.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, təşkilat komitəsinin nümayəndələri çempionata hazırlığın uğurla davam etdirildiyini bildirirlər. Hazırlıq komitəsinin sədri, Misir Futbol Assosiasiyasının rəhbəri Xani Abu Ridanın sözlərinə görə, bu final matçı uzun müddət azarkeşlərin yaddaşında qalacaq.

Afrika Futbol Konfederasiyasının məlumatına görə, püşkatma aprelin 12-nə təyin olunub. Martda finala vəsiqə uğrunda Misir, Madaqaskar, Seneqal, Mərakeş, Mali, Əlcəzair, Nigeriya, Kot-d`İvuar, Keniya, Qana, Qvineya və Mavritaniya milliləri mübarizə aparırlar.

Cari ildə Afrika Millətlər Kubokunun final mərhələsi iyunun 19-dan iyulun 21-dək keçiriləcək. Turnirin görüşləri Misirin beş əyalətində - Qahirədə, İsgəndəriyyədə, İsmailiyyədə, Port-Səiddə və Süveyşdə keçiriləcək.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.