DÜNYA


Misir iqtisadiyyatına yatırılan xarici investisiyalar 26 faiz artıb

Qahirə, 17 avqust, AZƏRTAC

Misir iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi bu il artaraq 8,7 milyard dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bunu Qahirədə mətbuat konfransında ölkənin investisiyalar və beynəlxalq əməkdaşlıq naziri Sahar Nəsr bildirib. Nazirin sözlərinə görə, birbaşa xarici investisiyaların həcmi ötən illə müqayisədə bu il 26 faiz artıb. O, xüsusi vurğulayıb ki, hökumətin ölkədə həyata keçirdiyi iqtisadi islahatlar müsbət nəticələr verir.

Qeyd edək ki, Misir hökuməti ölkə iqtisadiyyatının sağlamlaşdırılması, daxili və xarici investisiyaların cəlb olunması üçün əlverişli mühitin yaradılması üzrə bir sıra qanunvericilik tədbirləri görüb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.