DÜNYA


Misir parlamenti mötədil İslam ideyalarını yayan telekanalın yaradılmasını təklif edir

Qahirə, 21 yanvar, AZƏRTAC

Misir parlamentinin deputatı, Nümayəndələr Palatasının Din işləri komitəsinin katibi Ömər Xamruş parlamentin adından İslam dünyasının ən qocaman universitetlərindən birinə - Əl-Əzhar Əş-Şərif Universitetinə məxsus olan telekanalın yayımının təşkili prosesinin sürətləndirilməsi təklifi ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, deputatın sözlərinə görə, yayımın təşkili İslam dininin tolerantlığını nümayiş etdirməyin və mötədil İslam ideyalarını geniş xarici auditoriyaya çatdırmağın vacibliyi ilə bağlıdır, çünki son illərdə dünyada İslamın təhrif edilmiş, daim terrorizmlə əlaqələndirilən obrazı formalaşıb.

O.Xamruş xüsusi vurğulayıb ki, telekanal universitetin alimlərinin iştirakı ilə İslam dininin mahiyyətini izah edən, tolerantlığa çağıran dini proqramlar yayımlayacaq.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.