MƏDƏNİYYƏT


Misir telekanalında Azərbaycan mədəniyyətindən bəhs edən veriliş yayımlanıb VİDEO

Qahirə, 11 iyun, AZƏRTAC 

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşəbbüsü ilə Misirin “əl-Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında canlı yayımda “Mənim xanımım” proqramı Azərbaycana həsr edilib.

AZƏRTAC xəbər verir ki, verilişdə Diaspor Təşkilatları Birliyinin sədr müavini, “Aynu Şəms” Universitetinin Azərbaycan dili müəllimi Sədaqət Səmədova, diaspora fəalı, “Əl-Əzhər” Universitetinin Azərbaycan dili müəllimi İnarə Osmanova və övladları Sandi Səlim və Şeyxəli Nəsirov iştirak ediblər.

Verilişin əvvəlində ölkəmizin müasir simasını əks etdirən videoçarx nümayiş ediləndən sonra iştirakçılar iki dövlət arasında tarixi və mədəni əlaqələrdən, Azərbaycanın tarixi, coğrafıyası, qədim və zəngin mədəniyyətindən, turizm potensialından danışıb, Ramazan ayının Azərbaycanda qeyd olunması barədə geniş söhbət açıblar.

Canlı yayımda Azərbaycan mətbəxinin ləziz təamları və milli geyimlər də təqdim olunub. Verilişin sonunda uşaqlar “Sarı gəlin” xalq mahnısını ifa ediblər, Səməd Vurğunun “Azərbaycan” şeirini ana dilində və ərəb dilində oxuyublar.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.