DÜNYA


Misirdə polisləri qətlə yetirən 10 terrorçu edam ediləcək

Qahirə, 28 iyun, AZƏRTAC

Misirin Fövqəladə Vəziyyət Cinayət Məhkəməsi polisləri qətlə yetirməkdə təqsirləndirilən bu ölkədə qadağan olunmuş “Müsəlman qardaşları” hərəkatının 10 üzvünü edam cəzasına məhkum edib.

AZƏRTAC xəbər verir ki, Misir qanunlarında nəzərdə tutulduğu kimi, ölkənin Baş müftisi məhkəmənin bu qərarını təsdiq edib. Paytaxt Qahirədə və əyalətlərdə “Həlvan batalyonu” adlı silahlı qruplaşmanın tərkibində təhlükəsizlik qüvvələrinə qarşı terror aktları həyata keçirən 10 nəfər edam ediləcək. Məhkəmə, həmçinin həmin qruplaşmanın 215 üzvü barəsində isə ömürlük həbs və müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzaları verib.

Hazırda Misirdə müxtəlif siyasi partiyalar və ictimai-siyasi təşkilatlarla iqtidarın dialoqu keçirilir. Bundan başqa, 2017-ci ildən tətbiq edilən fövqəladə vəziyyət rejimi də ləğv olunub. Lakin hakimiyyət rəsmiləri “Müsəlman qardaşları” hərəkatı ilə heç bir dialoqdan söhbət getmədiyini açıqlayıblar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.