DÜNYA


Misirdə qatarın relsdən çıxması nəticəsində 100-ə yaxın insan yaralanıb

Bakı, 18 aprel, AZƏRTAC

Qahirədən şimalda yerləşən Qalubiyyə vilayətində qatar qəzası nəticəsində azı 97 nəfər yaralanıb.

AZƏRTAC Misir KİV-lərinə istinadla xəbər verir ki, paytaxt Qahirədən Al-Mansur şəhəri istiqamətində hərəkət edən qatar relsdən çıxıb və nəticədə altı vaqon aşıb. Yaralananları xəstəxanalara daşımaq üçün hadisə yerinə 50-dən çox təcili yardım maşını göndərilib. Qəzanın səbəbləri araşdırılır.

Xatırladaq ki, bu, son bir ayda Misirdə baş verən üçüncü qatar qəzasıdır. Martın sonlarında iki qatarın toqquşması nəticəsində 19 nəfər həyatını itirmiş, digər bir qəzada isə çoxlu sayda insan yaralanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.