MƏDƏNİYYƏT


Misirin “Nil Mədəniyyət” telekanalında Azərbaycanın zəngin mədəniyyətindən danışılıb VİDEO

Misirin “Nil Mədəniyyət” telekanalında Azərbaycanın zəngin mədəniyyətindən danışılıb VİDEO

Qahirə, 16 mart, AZƏRTAC

Misirdə yaşayan azərbaycanlı tədqiqatçı alim və diaspora fəalı Seymur Nəsirov bu ölkənin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalının qonağı olub. O, Azərbaycanın qədim mədəniyyəti, tarixi və görkəmli şəxsiyyətlərindən geniş söhbət açıb.

Verilişin əvvəlində S.Nəsirov Azərbaycan xalqının xalçaçılıq sənətinə qədimdən bu günə qədər çox böyük önəm verdiyini qeyd edib.

O, müasir Azərbaycanın qurucusu, ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, gördüyü əvəzsiz xidmətlərindən danışıb.

Tədqiqatçı xüsusi vurğulayıb ki, son illər Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda milli-mədəni irsin qoruyub saxlanması və inkişafı istiqamətində mühüm layihələr həyat keçirilir.

Eyni zamanda, verilişdə Azərbaycanın görkəmli ədiblərindən, tanınmış bəstəkarlarından, muğam sənətindən və bu gün ölkəmizin inkişafı naminə görülən işlərdən söz açılıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.