SİYASƏT


Mixail Kamali: Heydər Əliyevin xatirəsi gürcü xalqının qəlbindən silinməyəcək

Mixail Kamali: Heydər Əliyevin xatirəsi gürcü xalqının qəlbindən silinməyəcək

Tbilisi, 8 dekabr, AZƏRTAC

Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, bütün sovetlər birliyi ölkələri, eləcə də Gürcüstan qarşısında çox böyük xidmətləri olub. Onun əziz xatirəsi gürcü xalqının qəlblərdən silinməyəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisi şəhər sakini Mixail Kamali bildirib.

“Heydər Əliyev bizə qarşı çox yaxşı münasibətdə olub. Bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyevin Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafında da mühüm xidmətləri olub. Biz, gürcü xalqı belə böyük tarixi şəxsiyyətin xatirəsini əziz tuturuq. Düşünürəm ki, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq Gürcüstanda yaşayan bütün insanlar Heydər Əliyevin xatirəsini daim əziz tutacaqlar.

Tbilisinin mərkəzində Heydər Əliyev adına park salınıb və həmin parkda onun büstü qoyulub. Bu da gürcü xalqının ona olan ehtiramının, məhəbbətinin göstəricisidir”, – deyə, M.Kamali vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.